“Portlend”in oyun qurucusu Demian Lillard maraqlı açıqlama verib.
"Football-plus.az" xəbər verir ki, MBA-da komandaların istisnasız çempion tituluna köklənməsi onun xoşuna gəlmir:
“Uzun müddət oynayıb-oynamayacağımı bilmirəm. Ona görə ki, MBA-nın ümumilikdə nəyə çevrilməsi xoşuma gəlmir. Anlayıram ki, hamımız çempionatda qələbə üçün oynayırıq, hər komanda çempion olmaq istəyir. Ancaq bu zaman özümüzü elə apara bilmərik ki, guya bütün başqa şeylərin heç bir əhəmiyyəti yoxdu”.