Səfər oyununda yığmamıza azarkeş dəstəyi hansı səviyyədə olacaq? AFFA tərəfindən bu istiqamətdə addımlar atılıb?
Suallarımızı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdullaya ünvanladıq. Onun "Football-plus.az"a söylədikləri belə oldu:
"Assosiasiyaya azarkeşlər tərəfindən müraciətlər daxil olub. Biletlə bağlı hər birinə mümkün olduğu qədər dəstək olmuşuq. Tribunalara gələcək azarkeşlərin dəqiq sayını demək mümkün deyil.
Məndə olan məlumata görə, fərdi qaydada bilet alan azarkeşlər də var".
Məndə olan məlumata görə, fərdi qaydada bilet alan azarkeşlər də var".
KƏNAN BAHADIR




