Firuz Abdulla: “Məndə dəqiq statistika yoxdu” - AÇIQLAMA

3.06.2022 17:01 628
Yığma
Bu gün millimiz Millətlər Liqasında mübarizəyə başlayır.

Komanda ilk oyunda Qazaxıstanın qonağı olacaq. “Astana Arena”da baş tutacaq qarşılaşma saat 18.00-da start götürəcək.

Maraqlıdı, yığmanın oyununa Qazaxıstada yaşayan soydaşlarımız təşrif buyuracaq? Qarşılaşmaya maraq hansı səviyyədədi? Bu suallara cavab tapmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla ilə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Məndə dəqiq statistika yoxdu. Ancaq onu deyə bilərəm ki, AFFA-nın vasitəçiliyi ilə 50-dən artıq bilet alınıb. Əlavə olaraq Qazaxıstandan onlayn bilet alan vətəndaşlarımız da ola bilər. Lakin onların sayı haqda bir söz deyə bilmərəm”.


ŞAİR ABDULLA