• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

La Liqa “Barselona”nı mühakimə etdi - TƏHLİL

Dünya futbolu

25-02-2023, 10:0

“Barselona”nın İspaniya Futbol Federasiyasının (İFF) Texniki Hakimlər Komitəsinin (THK) sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya rüşvət ödəməsi ilə bağlı iddia ətrafında həyəcan davam edir.

Bu iddia təsdiqini taparsa, komanda ən ağır cəzalara məruz qala - La Liqadan və avrokuboklardan kənarlaşdırıla, kluba isə müxtəlif sanksiyalar verilə bilər.

Xəbər verdiyimiz kimi, Kataloniya klubu 2016-18-ci illərdə THK-nın keçmiş rəsmisinə məxsus “Dasnil 95” şirkətinə 1,4 milyon avro ödəyib. Bəzi mənbələr hətta ödənişin 2001-cü ildən başladığını və ötən müddətdə ümumi məbləğin 6,66 milyon avroya çatdığını da iddia edir.

Neqreyra artıq “Barselona”dan şifahi məsləhətlərə görə pul aldığını etiraf edib. Kataloniya klubunun sabiq prezidenti Xosep Bartomeu da ödəniş faktını təsdiqləyib və belə əməkdaşlığın çoxdan həyata keçirildiyini bildirib. Olduqca mürəkkəb görünən məsələni və ortada rüşvət amilinin olub-olmadığını Kataloniya prokurorluğu araşdırır. Hələ ki hüquq-mühafizə orqanı “Barselona”ya rəsmi ittiham irəli sürməyib.

Amma La Liqa artıq ölkə nəhəngini mühakimə edib. Fevralın 21-də, demək olar ki, yüksək liqa tam heyətlə klubla sabiq vitse-prezident arasındakı maliyyə əməliyyatını qınayıb. Maraqlıdı ki, 1-ci və 2-ci divizionlarda çıxış edən 42 klubdan yalnız “Real” məlum prosesi pisləməyib. İki divizionun birgə bəyanatında belə deyilir:

“Klublar Neqreyra ilə “Barselona” arasındakı əlaqələrlə bağlı məlum faktları qınayır. Bu işi diqqətlə izləyən La Liqa qanun-qaydalar çərçivəsində hərəkət edəcək. La Liqa İcraiyyə Komitəsinin bütün üzvlərinə bu iş üzrə indiyədək atdığı addımlarla bağlı lazımi məlumatlar verib. Təhqiqatın gedişini pozmamaq və məxfiliyi qorumaq üçün bəzi addımların atılmaması da vacib sayılıb. La Liqada çıxış edən əksər klublar çox ciddi saydıqları məsələyə görə narahatlığını rəsmən ifadə ediblər. Birgə bəyanat iki klub istisna olmaqla İspaniya çempionatının ilk iki divizionu tərəfindən verilib. Həmin klublar (“Barselona” və “Real” nəzərdə tutulur – red.) müxtəlif səbəblər göstərməklə birgə bəyanata qarşı çıxıblar. La Liqa və klubların İcraiyyə Komitəsi məlum faktları pisləyir, maliyyə əməliyyatına görə dərin narahatlıq keçirir və bu işdə istənilən qayda pozuntusunun müəyyənləşməsi üçün fəal iş görür”.

“Barselona”nın məsələyə növbəti reaksiyası da gözlənildiyi kimidi. Klub məlum prosesin müstəqil işləyən kənar qurum tərəfindən araşdırılmasını da lazım bilir. Prezident Xuan Laportanın bununla bağlı fikri belədi: “Son günlər müxtəlif mənbələrdə hakimlər və oyunçularla texniki məsləhətləşmələr ilə bağlı yayılan xəbərlərə reaksiya verirəm. “Barselona” təhqiqatın outsorsinq üzrə aparılmasına qərar verib. İndi araşdırmanı klubumuzun müvafiq şöbəsi ilə əməkdaşlıq edən kənar hüquqşünas aparır. Təhqiqat dəqiq və müstəqil xarakter daşıyır ki, klubumuzun rəsmi üzvləri və milyonlarla azarkeşləri buna layiqdi. Biz hazırda prokurorluqda olan bəzi məlumatların ortaya çıxmasına görə təəssüf edirik. Həmin materialları hələ mənim ilk prezidentlik dövrümdə almışıq. Neqreyraya ödənişlər hesabat və videolarla müşayiət olunan xidmətlərə görə reallaşıb. Daha çox informasiya əldə edəcəyimiz halda bu barədə ictimaiyyətə məlumat verəcəyik. Qısa müddətdə konfrans keçirərək bizdə olan informasiyaya aydınlıq gətirəcəyik. Hər şeyi izah etmək istəyirik”.

La Liqanın prezidenti Xavyer Tebas “Barselona”dan qalmaqalla bağlı izahat tələb edib: “Onlar hələ ki bizə böyük narahatlıqlarını və daxili araşdırmaya başladıqlarını bildiriblər. Başqa heç nə olmayıb. Heç bir izahat verilməyib. Sadəcə, məlum işi bütün klubların etdiyi bildirilib. Laporta ağlabatan izahat verməsə, istefaya getməlidi. İzahatı verməli olacaq, ola bilsin ki, cinayət törədilib”.

Yeri gəlmişkən, “Barselona” və Bartomeu ilə bağlı yeni iddialar ortaya atılıb. “Mundo Deportivo”nun məlumatına görə, klubun sabiq prezidentinin bir neçə hakimə pul ödədiyi iddia olunur. Bundan əlavə, “The Objective”in yaydığı məlumatda Bartomeunun klub prezienti olduğu vaxtlarda jurnalistlərə 7,2 milyon avro verdiyi də vurğulanıb. Çoxsaylı iddialar təsdiqini taparsa, “Barselona”nın La Liqadan aşağı diviziona salınacağı və hətta 5 il müddətinə futboldan kənarlaşdırıla biləcəyi, Bartomeunun isə həbs olunacağı bildirilib. Xatırladaq ki, Bartomeu prezident vəzifəsini 2014-20-ci illərdə icra edib.

“Barselona” avrokuboklardan da kənarlaşdırıla bilər. “Onda Cero” radiostansiyasının məlumatına görə, idman hüququ üzrə ixtisaslaşmış ispaniyalı hüquqşünas Xorxe Vaquero klubun UEFA-nın sanksiyaları ilə üzləşə biləcəyini deyib. UEFA qaydalarının bəndlərindən birinə uyğun olaraq qurum hər hansı klubun ölkə çempionatında və ya beynəlxalq yarışda oyunun nəticəsinə təsir etmək məqsədi daşıyan hər hansı fəaliyyətdə birbaşa və ya dolayısı ilə iştirak etdiyi qənaətinə gələrsə, komanda avrokuboklardan kənarlaşdırılmalıdı. Başqa sözlə, “Barselona”ya yönələn ittihamlar sübuta yetirilərsə, UEFA bu komandanın qitə kuboklarının növbəti mövsümlərində iştirakına icazə verməyə bilər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-02-2023, 12:0

Kataloniya prokurorluğu “Barselona”nı araşdırır – QALMAQAL

Dünya futbolu

30-09-2022, 15:0

"Barselona"nın "Mançester Siti"yə 52 milyon avro borcu var

Dünya futbolu

13-10-2022, 18:0

Qrizmannın “Atletiko”ya transferinin maliyyə detalları açıqlandı

Dünya futbolu

5-01-2023, 18:0

"Barselona" cəza aldı

Dünya futbolu

23-09-2022, 17:0

"Barselona" Qrizmanı 25 milyona satmağa razıdı

Aktual
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
“Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Hansı klub yerli futbolçulara daha çox şans verdi?
"Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
Son xəbərlər
  • Bu gün, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Bu gün, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Bu gün, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Bu gün, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Bu gün, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Bu gün, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Bu gün, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Bu gün, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • Dünən, 23:58
    Əvvəlki klubuna qayıdacaq
  • Dünən, 23:26
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • Dünən, 22:53
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • Dünən, 22:22
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 21:48
    Millimiz çempion oldu
  • Dünən, 21:05
    "Qəbələ" "Sumqayıt"la heç-heçə etdi
  • Dünən, 20:56
    Yenidən Fransada işləyəcək
  • Dünən, 19:49
    Salahın ''Beşiktaş''a transferi nə yerdədi?
  • Dünən, 19:13
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
  • Dünən, 17:16
    Bundan sonra Şimali Amerikada işləyəcək
  • Dünən, 16:45
    Klubuna sadiq qaldı
  • Dünən, 16:02
    Asiyadan Avropaya yollandı
  • Dünən, 15:10
    İngiltərə futbolunun tarixinə düşdü
  • Dünən, 14:45
    “Barselona”nı tərk edəcək
  • Dünən, 14:16
    FİFA-dan daha bir yenilik
  • Dünən, 13:47
    Xalqın yanına getmək niyə çətindi?
  • Dünən, 13:09
    Milli komanda ilə vidalaşdı
  • Dünən, 12:38
    Gözlənilən qərarı 41 yaşında verdi
  • Dünən, 12:04
    “Napoli”yə təyinatı rəsmiləşdi
  • Dünən, 11:19
    Qocaman mütəxəssis istefaya yollandı
  • Dünən, 10:53
    Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
  • Dünən, 10:20
    Premyer-liqada istefa
  • Dünən, 09:49
    "Qarşımıza çempionluq məqsədi qoymuşuq" - Cenk Sümər
  • 18-07-2026, 23:0
    Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
Daha çox
Oxunub: 238
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 227
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 183
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 124
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə