• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kataloniya prokurorluğu “Barselona”nı araşdırır – QALMAQAL

Dünya futbolu

19-02-2023, 12:0

“Barselona” yenə qalmaqalın mərkəzindədi. Sən demə, klub İspaniya Hakimlər Komitəsinin vitse-prezidentinə pul ödəyirmiş. Əldə olan bilgilərə birlikdə nəzər salaq.

“SER Catalunya” radiosu xəbər verib ki, “Barselona” 2016-cı ildən 2018-ci ilə qədər Xose Mariya Enrikes Neqreyraya məxsus olan “Dasnil 95” şirkətinə pul ödəyib. Neqreyra isə həmin vaxt İspaniya Kral Futbol Federasiyasının Texniki Hakimlər Komitəsinin vitse-prezidenti idi. Ümumi məbləğ 1,4 milyon avrodu. Neqreyranın şirkəti ilk iki ilin hər birində 500 min avrodan artıq, 2018-də isə 318 min avro alıb. Sonuncu ödəniş 2018-in iyununa təsadüf edib – məhz həmin vaxt Neqreyra gedib və komitəyə yeni rəhbərlik gəlib. Neqreyra şirkətinin kluba məsləhət xidməti göstərdiyini bildirib. Klub bu məqamı dəqiqləşdirərək bildirir ki, adı çəkilən məmura gənc oyunçular və hakimlik haqda hesabata görə pul ödənilib. Bəzi mənbələr bu ödənişlərin rüşvət olması sübuta yetiriləcəyi təqdirdə Kataloniya klubunun xal cəzası alacağını, cərimələnəcəyini, hətta La Liqadan uzaqlaşdırılacağını da iddia edir.
Daha bir maraqlı məqam odu ki, “SER Catalunya”dan fərqli “El Confidencial” Neqreyranın 2003-cü ildən bəri “Barselona”dan pul aldığını, ötən müddətdə bu məbləğin 4,7 milyon avroya çatdığını iddia edir. O da qeyd olunur ki, 2016-18 aralığında Neqreyraya məxsus “Dasnil 95” şirkətinin ümumi dövriyyəsinin 95 faizini məhz “Barsa”nın ödənişləri təşkil edib. Bir daha xatırladaq ki, adı çəkilən mütəxəssis komitədə vitse-prezident postunu 1994-2018 aralığında tutub.

Bu işi hazırda Kataloniya prokurorluğu araşdırır. Neqreyra artıq ifadə verib. Onun dediyinə görə, bu ödənişlər şifahi məsləhətlərə görə olub. Yəni hakimlərin “Barsa”ya daha loyal yanaşması yolunda hansısa addım atmayıb, sadəcə, futbolçulara hər hakimlə münasibətdə özünü necə aparmalı olduğunu anladıb. Ancaq sabiq məmur vergi orqanlarına “Barselona”ya məsləhət xidməti göstərməsiylə bağlı heç bir sənəd təqdim etməyib.
Hələ ki Kataloniya klubuna heç bir ittiham irəli sürülməyib. Ancaq bir qədər əvvəl də vurğuladığımız kimi, klubun korrupsiyaya bulaşması sübut olunsa, çox ciddi cəzalarla üzləşməsi mümkündü. Söhbət hətta milyonlarla avro cərimədən gedir.

“Barselona” əməkdaşlıq faktını etiraf edib
Kataloniyalı jurnalistlər göstərilən zaman kəsiyində klub prezidenti kimi çalışan Xosep Bartomeuya artıq tribuna verib. O, “SER Catalunya”ya bildirib ki, belə əməkdaşlıq çoxdan həyata keçirilir. Əməkdaşlığın əsası Xosepin kluba Xuan Laporta ilə birgə gəldiyi 2003-dən əvvəl qoyulub. Bartomeunun versiyasını “Barselona”nın 2010-15 aralığındakı prezidenti Sandro Rossel də təsdiqləyib. Adı çəkilən radionun qaynaqları əlavə edirlər ki, klub Neqreqranın şirkəti ilə belə əməkdaşlığa hələ Xuan Qasparın prezidentliyi dövründə - 2000-ci illərin əvvəlində başlayıb.

Klubun indiki rəhbəri Xuan Laporta hələ ittihamla bağlı fikirlərini bölüşməsə də, “Barselona” cavab açıqlaması yayıb. Nə qədər qəribə olsa da, klub faktiki hər şeyi təsdiqləyir. Klubun bəyanatının tam mətni belədi:

“1. “Barselona” ötən dövrdə kənar texniki məsləhətçinin xidmətlərindən yararlanıb. Məsləhətçi klubun texniki katibliyi üçün İspaniya aşağı dəstələrində çıxış edən oyunçularla bağlı video formatında hesabatlar hazırlayıb;
2. Həmin kənar məsləhətçi ilə münasibətlər genişləndirilib: o, əsas və əvəzedici komandanın texniki personalının əlində olan informasiyanı zənginləşdirmək üçün peşəkar hakimliklə bağlı texniki hesabatlar da təqdim edib. Bu, futbol klubları üçün adi praktikadı;
3. Hazırda belə məsləhət xidmətini futbol bölməsində çalışan mütəxəssis göstərir;
4. “Barselona” bu informasiyanın məhz indi – idman baxımından mövsümün ən yaxşı vaxtında üzə çıxmasına görə təəssüflənir;
5. “Barselona” müxtəlif böhtanlarla klubun obrazına zərbə vuran, imicinə xələl gətirən istənilən şəxsə qarşı hüquqi yollara baş vuracaq”.
Beləliklə, bəyanatın məğzi budu ki, klub heç nəyi təkzib etmir, sadəcə, təəssüflənir ki, komanda üçün hədsiz uğurlu dövrdə belə məsələni müzakirə etmək lazım gəlir.

Neqreyra kimdi?
Xose Mariya Enrikes Neqreyra – sabiq futbol hakimidi, 1975-ci ildən 1992-ci ilə qədər İspaniya futbolunun elitasında oyunlar idarə edib. Hakim kimi Kataloniya Futbol Assosiasiyasına bağlı idi, karyerasını bitirəndən sonra – 1994-cü ildə İspaniya futbol qurumunun Texniki Hakimlər Komitəsində vitse-prezident oldu. İndi onun 77 yaşı var.

“Barsa” ilə əməkdaşlıq edən “Dasnil 95” şirkəti isə 1995-ci ildə yaradılıb. Əvvəlcə məhsulların topdan satışı ilə məşğul olub, 5 il sonra fəaliyyət sahəsini dəyişib, reklam xidmətləri göstərməyə başlayıb, idman təşkilatları üçün marketinq xarakterli videolar hazırlayıb.

Neqreyra 2004-cü ildə oğlu Xavyer Enrikes Romeronu şirkətin vahid rəhbəri təyin edib. Romero sabiq futbolçudu, “Espanyol” və “Barselona”nın akademiyasında olub, paralel şəkildə texnoloji şirkətlərin idarəçiliyi üzrə təhsil alıb. Məhz Romero taktika və hakim işi ilə bağlı təhlillər hazırlayan audiovizual şirkət yaradıb. O, şirkətin saytında özünü ölkənin ilk futbol analitiklərindən biri kimi təqdim edir, dediyinə görə, 1993-cü ildən bəri “Valensiya”da Xorxe Valdano, Klaudio Ranyeri və Luis Araqones üçün hesabatlar hazırlayıb. Sonuncu ilə İspaniya yığmasında da birgə çalışıb. Romero şirkətə 2019-cu ilə qədər rəhbərlik edib. Hərçənd “Dasnil 95”in vahid sahibi məhz Xose Enrikes Neqreyradı. Hadisələrin hansı axar üzrə inkişaf edəcəyi maraq doğurur.

Reaksiyalar
Xavyer Tebas, La Liqanın prezidenti:

“Dəqiqləşdirmək lazımdı ki, idman intizam sanksiyaları mümkünsüzdü, çünki bu hadisənin üzərindən 5 il ötüb. İdman səviyyəsində nəsə etmək olmaz. Cinayət sahəsi isə başqa məsələdi. Prokurorluq faktları araşdırır və idman sahəsində korrupsiya olub-olmadığını müəyyənləşdirəcək. Baxaq görək təhqiqat necə bitəcək. La Liqa onun nəticələrinə hörmət edəcək. Prokurorluq “Barselona”ya qarşı iddia qaldırsa, biz də ittihamla çıxış etməli olacağıq. Əks təqdirdə iş qapanacaq. La Liqanın mövqeyi belədi. Biz Enrikes Neqeyranın hakimlərin oyunlara təyin olunması prosesinə hansısa təsirinin olub-olmadığını da öyrənməyə çalışacağıq. Peşəkar futbolda belə şeylər etik baxımdan yolverilməzdi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-09-2022, 15:0

"Barselona"nın "Mançester Siti"yə 52 milyon avro borcu var

Dünya futbolu

2-10-2022, 18:0

“Barselona” MS-yə 52 milyon avro borcludu

Dünya futbolu

15-06-2022, 18:0

"Barselona"dan ilk transfer

Dünya futbolu

13-10-2022, 18:0

Qrizmannın “Atletiko”ya transferinin maliyyə detalları açıqlandı

Dünya futbolu

4-06-2022, 11:0

"Barselona" bu siyahıya başçılıq edir

Aktual
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
“Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Hansı klub yerli futbolçulara daha çox şans verdi?
"Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
Son xəbərlər
  • Bu gün, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Bu gün, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Bu gün, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Bu gün, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Bu gün, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Bu gün, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Bu gün, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Bu gün, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • Dünən, 23:58
    Əvvəlki klubuna qayıdacaq
  • Dünən, 23:26
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • Dünən, 22:53
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • Dünən, 22:22
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 21:48
    Millimiz çempion oldu
  • Dünən, 21:05
    "Qəbələ" "Sumqayıt"la heç-heçə etdi
  • Dünən, 20:56
    Yenidən Fransada işləyəcək
  • Dünən, 19:49
    Salahın ''Beşiktaş''a transferi nə yerdədi?
  • Dünən, 19:13
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
  • Dünən, 17:16
    Bundan sonra Şimali Amerikada işləyəcək
  • Dünən, 16:45
    Klubuna sadiq qaldı
  • Dünən, 16:02
    Asiyadan Avropaya yollandı
  • Dünən, 15:10
    İngiltərə futbolunun tarixinə düşdü
  • Dünən, 14:45
    “Barselona”nı tərk edəcək
  • Dünən, 14:16
    FİFA-dan daha bir yenilik
  • Dünən, 13:47
    Xalqın yanına getmək niyə çətindi?
  • Dünən, 13:09
    Milli komanda ilə vidalaşdı
  • Dünən, 12:38
    Gözlənilən qərarı 41 yaşında verdi
  • Dünən, 12:04
    “Napoli”yə təyinatı rəsmiləşdi
  • Dünən, 11:19
    Qocaman mütəxəssis istefaya yollandı
  • Dünən, 10:53
    Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
  • Dünən, 10:20
    Premyer-liqada istefa
  • Dünən, 09:49
    "Qarşımıza çempionluq məqsədi qoymuşuq" - Cenk Sümər
  • 18-07-2026, 23:0
    Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
Daha çox
Oxunub: 238
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 227
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 183
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 124
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə