Premyer-liqa klublarının fasilə planı - AÇIQLAMALAR

21.03.2022 17:20 660
Aktual / Premyer-liqa
Martın 25-də Malta, 29-da isə Latviya ilə qarşılaşacaq milli komandanın heyəti açıqlanıb.

Bu səbəbdən premyer-liqada fasilə yaranıb.

Görəsən, klublar bu müddətdən necə yararlanacaq?

Mehriban Mürsəlova (Səbail):

"Proqram olduğu kimidi. Yəni məşqlərə davam edirik. Bir yoldaşlıq oyunu gözlənilir. Amma hələ dəqiqləşmədiyinə görə ətraflı məlumat verə bilmirəm".



Elnur Həmidov (Sabah):

"Futbolçulara son matçdan sonra 3 günlük istirahət verilib. Çərşənbə günü komanda yenidən məşqlərə başlayacaq. Yoxlama oyununun keçirilib-keçirilməyəcəyi hələ ki bəlli deyil".



Anar Hacıyev (Qəbələ):

"Komanda sabahdan məşqə başlayacaq. Martın 27-də, 17.00 "Zirə" ilə yoxlama oyunu oynayacağıq".


Rüstəm Allahverdiyev (Neftçi):

"Komanda hazırda istirahətdədi. Martın 23-də məşqlərimiz başlayacaq".


Rəşad Məmmədov (Sumqayıt):

"Sabahdan məşqlər "Kapital Bank Arena"da başlayacaq. Yoxlama oyunları ilə bağlı hələ ki məlumat yoxdu. Böyük ehtimalla olmayacaq. Dəyişiklik olsa, məlumat veriləcək".


Elmar Abdullazadə ( Zirə):

"Komanda sabahdan məşqlərə başlayacaq. Martın 27-də, saat 17.00-da "Qəbələ" ilə yoldaşlıq oyunu nəzərdə tutulub".


Səbuhi Məmmədov (Keşlə):

"Komanda martın 22-də bir araya gələcək. "ASK Arena"da məşq edəcək. Yoldaşlıq oyunları barədə hələ dəqiq məlumat yoxdu".


Gündüz Abbaszadə (Qarabağ):

"Hazırda futbolçular istirahətdədi. Martın 23-də komanda yığışacaq. 25-də ikitərəfli oyun olacaq. Başqa yoldaşlıq oyunu nəzərdə tutulmayıb. Kifayət qədər futbolçumuz milliyə dəvət alıb. 9 nəfər əsas milliyə, 7 nəfər U-21-ə, 3 nəfər isə öz ölkələrinin yığmasına gedib. Futbolçu sayı azdı. Ona görə də "Qarabağ-2"nin futbolçuları qoşulacaq məşqlərə. İkitərəfli oyun olacaq".


GÜNAY VƏLİYEVA