Mahir Emreli məşqlərə qoşuldu

22.06.2022 17:54 444
Dünya futbolu
Millinin düşərgəsindən döndükdən sonra ailəsi ilə Türkiyəyə istirahətə yollanan yığmamızın futbolçusu Mahir Emreli çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına qoşulub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı hücumçu təlim-məşq toplanışının əsas mərhələsi üçün bu gün komanda ilə birlikdə Sloveniyaya yollanıb.

Son ölkə çempionu hazırlıq çərçivəsində 2 yoxlama matçı keçirəcək. Rəqiblər Şimali Makedoniyanın "Şkendiya" klubu və yerli Trnava "Spartak"ıdı. Qarşılaşmalar müvafiq olaraq, iyunun 26-da və iyulun 1-də baş tutacaq.