Millimiz Avstriya ilə bu stadionda qarşılaşacaq

25.01.2023 12:53 319
Yığma
Millimizin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi daha bir oyunun stadionu müəyyənləşib.

Football-plus.az xəbər verir ki, martın 24-də keçiriləcək Avstriya - Azərbaycan qarşılaşması Linz şəhərindəki “Raiffeisen Arena”da təşkil olunacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.

Azərbaycan yığması seçmə mərhələnin F qrupunda Belçika, İsveç, Avstriya və Estoniya ilə mübarizə aparacq.