Millinin oyunu bu məkanda

15.02.2023 12:37 235
Yığma
Milli komandamızın İordaniya ilə keçirəcəyi yoxlama oyununun məkanı bəlli olub.

Football-plus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Görüşün sentyabrın 12-də "Dalğa Arena"da keçiriləcəyi bildirilib.

Qeyd edək ki, millimiz Avro-2024-ün seçmə mərhələsində İsveç, Avstriya, Belçika və Estoniya ilə mübarizə aparacaq. Yığmamız ilk oyununu bu il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.