"Sumqayıt-2" təlim-məşq toplanışını davam etdirir.
Divizion təmsilçisiylə bağlı detalları öyrənmək üçün klubun mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
"Komanda baş məşqçi Vüqar Quliyevin rəhbərliyi altında yanvarın 9-dan etibarən hər gün "Kapital Bank Arena"nın ehtiyat meydanında məşq keçir. Hazırlıq planına əsasən 4 yoxlama oyunu planlaşdırılıb. Komandamız yanvarın 18-də "Neftçi-2", 24-də "Qarabağ-2", fevralın 1-də isə "Qaradağ Lökbatan" ilə qarşılaşacaq. 4-cü rəqibin kimliyi hələ dəqiqləşməyib".
ABDULLA İSMAYILOĞLU