• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qurban Qurbanov: "Müasir futbolda mərkəz hücumçusuz daha çox oynayırlar"

Premyer-liqa / Manşet

15-03-2023, 21:0

Premyer Liqanın 27-ci turunda “Qarabağ” səfərdə "Sumqayıt"ı darmadağın etdi.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “köhlən atlar”ın çalışdırıcısı Qurban Qurbanov öncə 90 dəqiqə ilə bağlı fikirlərini bölüşdü, ardınca isə mətbuat nümayəndələrinin suallarını cavablandırdı.

"Bizim üçün çox vacib matç idi. Həm yaxşı oyun göstərmək, həm də 3 xal əldə etmək istəyirdik. Oyun düşündüyümüz kimi alındı. İlk iki qoldan sonra daha rahat oynadıq. Matçdan-matça oyunumuzu daha da yaxşılaşdırmaq vacibdi. Bu gün futbolçularım meydanda çox məsuliyyətli oldular, həm də istəkli idilər. "Sumqayıt"a uğurlar arzulayıram".

- Qeyd etmsiz ki, "Qalatasaray"la matç üçün digər klublardan futbolçu götürə bilərik. Artıq müraciət etmisiz? Hansı mövqelərə futbolçu istəyəcəksiz?
- Hələ müraciət etməmişik. Hesablamalarımıza görə əlimizdə 12 futbolçu qalmalıdı. Ola bilər ki, oyuna 2-3 gün qalmış müraciət edək. Çünki, Benzianın, Diakabinin hazırlığı tam bəlli olacaq. Ayın 19-na kimi komandaya istirahət verdim. Onlar 19-u komanda ilə birlikdə məşq etməlidilər. Hələ ki, fərdi hazırlaşırlar. Konkret olaraq müdafiə xəttində çatışmazlığımız olacaq. Cəmi 3 müdafiəçimiz qalır. Rahil, Kevin və Maksim. Ola bilər ki, 2-3 müdafiəçi üçün klublara müraciət edək. Amma yenə də qarşıdakı məşq proseslərindən çox şey asılı olacaq. Digər mövqelərə də dəvət ola bilər.

- Nəriman Axundzadəyə bu gün müdafiənin cinahında şans verdiz. Onu "Qalatasaray"la matça hazırladığınızı düşünmək olar?
- Yox. Maksim Medvedevin qızdırması var. Ona görə ehtiyatda yox idi. Olsaydı, Nərimanı o mövqedə oynatmazdıq. Nəriman çox bacarıqlı futbolçudu. İstənilən mövqedə minimum tapşırığı yerinə yetirməyə çalışır. Gələcəkdə onu hücümda daha çox görmək istəyərdik.

- 12 futbolçu qalacağını dediz. Maksim Medvedevlə Qara Qarayev də bu siyahıya daxildi?
- Düzü, bəli. Sabah bəlkə də nəsə ola bilər. Onlar da milliyə getsə, 10 nəfər qalacağıq.

- Hücum xəttinin futbolçuları da milli komandaya gedəcək. Mərkəz hücumçusu kimi nəzərdə tutursuz?
- Müasir futbolda mərkəz hücumçusuz daha çox oynayırlar. Bu mövqedə oynaya biləcək futbolçularımız var. Lazım olsa, bunun üçün də müraciət edəcəyik.

- Ramil Şeydayevlə Musa Qurbanlı arasında bombardirlik yarışında gərgin mübarizə gedir. Hazırda Musanın uzun illərdən sonra Nikolas Kanalesin 26 qolluq nəticəsini yaxşılaşdırmaq şansı var. Növbəti qarşılaşmalarda penalti vurmaq hüququ qazansaz, onu Musanın vurmasını istərdiz?

- Yox. Bir dəfə vermişəm və nəticəsini də görmüşəm (gülür). Söz verdim ki, bir də belə addım atmayacam.

- "Qalatasaray"la matçın milli oyunları üçün nəzərədə tutulan pəncərədə olmasının səbəbi nədi? Seçim imkanı olsaydı, başqa tarixdə keçirilməsini istərdiz?
- Şərtlər hər ikimiz üçün eynidi. Onların da bəzi oyunçuları millilərə gedəcək. Yığmaya dəvət almayanlar daha adlı-sanlıdılar. Azarkeşlər onları görəcəklər. Biz tərəfdən ciddi problem görmürəm. Əlbəttə istəyərdim ki, bütün futbolçular olsun. Bu oyunun məqsədi məlumdu. Bu səbəbdən istənilən vaxt biz “yox” deməzdik. Hətta ən sıx qrafikdə belə oynamağa razılaşardıq. Matçdan əldə olunan gəlir zəlzələ bölgəsinə göndəriləcək. "Qalatasaray" kimi böyük klubların həmişə boş vaxtı olmur. Bunu da nəzərə almalıyıq. Yoldaşlıq görüşü olduğuna görə oyuna rahat yanaşacaqlar. Bu arada olması həm klublar, həm futbolçular üçün daha faydalı olacaq.

- "Qarabağ" - "Qalatasaray" matçında nəticə sizin üçün önəmli olacaq?
- Deməzdim ki, nəticə önəmli olacaq. Amma biz yaxşı oyun göstərmək istəyirik. Futbolu azarkeşlər üçün oynayırıq. Bəlkə də stadionun yarısı "Qarabağ", yarışı "Qalatasaray" azarkeşi olacaq. Bakıda "Qalatasaray" tərəfdarlarının sayı çoxdu. Çox istəyirik ki, azarkeşlərimiz oyundan həzz alsınlar.

- Bildiyim qədər "Qalatasaray"la oyuna bilet əldə etmək üçün çox sayda insan “Qarabağ”ın əməkdaşlarına müraciət edirlər. Sizə də belə müraciətlər olur?
- Bu vaxta kimi kimə bilet vermişəmsə, bu dəfə heç kimə verməyəcəm. Bu matçın məqsədi bəllidi. İnsanlar özləri başa düşürlər. Bəzi dostlar zarafatla dedilər. Zarafatla da olsa, mən də fikrimi bildirdim. Məqsədimiz bacardığımız qədər yardım etməkdi. Ordakı insanların buna ehtiyacı var. Türkiyə bizim qardaş ölkədi. Həmişə bir yerdə olmuşuq. Türkiyəyə öz evimiz kimi getmişik.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

25-01-2023, 16:0

"Məqsədimiz əlimizdə olan futbolçuların idman formasını yaxşılaşdırmaqdı" - Qurban Qurbanov

Manşet / Konfrans Liqası

22-02-2023, 23:0

"Futbolçularımın məsuliyyətli yanaşmaları məni da belə oyunlardan əvvəl rahatlaşdırır" - Qurban Qurbanov

Aktual
“Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
"Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
“Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
Son xəbərlər
  • Bu gün, 18:06
    “Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
  • Bu gün, 17:40
    MY-dən daha bir transfer
  • Bu gün, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Bu gün, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Bu gün, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Bu gün, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 15:00
    “Sabah”, “Zirə” və “Qarabağ” səfərdən vəsiqə ilə qayıda biləcək? - YENİLƏNİR
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
Daha çox
Oxunub: 220
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə