“Klippers”in oyun qurucusu Rassell Uestbruk karyerası ərzindəki məhsuldar ötürmələrin sayına görə MBA tarixində 9-cu pilləyə yüksəldi.
"Football-plus.az" xəbər verir ki, o, “Nyu-York”la oyunda daha üç məhsuldar ötürmə verməklə göstəricisini 9062-yə çatdırdı və “Detroyt”un əfsanəvi oyun qurucusu Ayzeya Toması (9061) arxada qoydu. 34 yaşlı müdafiəçi MBA-da 15-ci mövsümünü keçirir.
8-ci yerdə 9887 ötürmə ilə Oskar Robertson qərarlaşıb. Bu göstəricidə MBA liderləri isə Con Stokton (15806), Ceyson Kidd (12091) və Kris Poldu (11380).