PSJ 3000-ə çatdı

12.03.2023 10:55 233
Dünya futbolu
Liqa 1-də 27-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, PSJ "Brest"lə qarşılaşıb. Parislilər 2:1 hesabı ilə qalib gəlib. Matçda Kilyan Mbappenin vurduğu qol klub üçün əlamətdar olub. Belə ki, o, komandanın Fransa çempionatında 3000-ci topunun müəllifi olub.