PSJ-nin forvardı Kilian Mbappe Liqa 1-in tarixinə adını yazdırıb.
"Football-plus.az" xəbər verir ki, gənc futbolçu üçüncü turda "Lill"ə qarşı keçirilən görüşün 8-ci saniyəsində fərqlənib. Bu da Mbappenin liqa tarixində ən erkən qolun müəllifi olmasına şərait yaradıb.
Kilian "Kan"ın sabiq futbolçusu Mişel Rionun 1992-ci ildəki rekordunu təkrarlayıb.
PSJ "Lill" ilə oyundan 7:1 hesablı qələbə ilə ayrılıb.