Görəsən, azarkeşlər komandanı belə vacib məqamda niyə tək qoyur? Axı “Kəpəz” diviziona düşməmək üçün mübarizə aparır. Bununla belə, matçlara az azarkeş gəlir. Bunun səbəbni "Xəmsə" fanklubunun üzvü Müşfiq Məmmədovdan soruşduq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
"Bunun bir neçə səbəbi var. Görüş cümə günü keçirilir. Oyunun başlama vaxtı çox tez idi. "Kəpəz"in sonuncu pillələrdə qərarlaşması da fanatların sayına çox təsir edib. Əvvəllər premyer-liqada çıxış edəndə azı 7-8 min nəfər oyunu izləyirdi. İndi isə kollektiv premyer-liqada qalmaq uğrunda oynayır. Bundan başqa, "Kəpəz" mövsümün əvvəlində görüşlərini Bakıda keçirirdi. Bura 7-ci turdan gəldi. Ondan da komanda bütün oyunları uduzmuşdu. Demək olar ki, azarkeşlər nəticələrə görə kollektivdən küsdü. Belə məqamlar da görüşü izləyənlərin sayına təsir edir".
İLKİN SULTANLI






