• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” 63 illik rekordu yenilədi – TƏHLİL

Dünya futbolu

14-03-2023, 21:0

Tur “Girəsunspor”la “Fatih Karagümrük”ün qollu heç-heçəsi ilə başladı. “Fatih Karagümrük” superliqada məğlubiyyətsiz seriyanı 9 oyuna yüksəltməklə tarixinin elitadakı ən yaxşı göstəricisinə imza atdı.

"Football-plus.az" xəbər verir ki, şənbə günü 2 oyun keçirildi. “Antalyaspor” gözlənilmədən “Kayserispor”u darmadağın etdi. “Qalatasaray” fanatlarının da intizarına son qoyuldu. Onların sevimliləri 34 günlük fasilədən sonra ilk dəfə rəsmi oyuna çıxdı. “Kasımpaşa”nı çalışdıran Səlcuk İnan məşqçi karyerasında ilk dəfə “Cim-Bom”a, yəni futbolçu kimi 9 il şərəfini qoruduğu və 15 titul qazandığı komandaya rəqib oldu. “Qalatasaray” oyuna üzərində “Birlikdə 1905” yazılmış xüsusi qara formayla çıxdı. Oyundan sonra bu formalar satışa çıxarıldı. Yeni transfer Adekuqbe ilk oyununa çıxdısa, zədəsini sağaldan Muslera da start heyətindəki yerini aldı.

45 mindən çox azarkeşin izlədiyi oyunun ilk yarısında “sarı-qırmızılar” inamlı təsir bağışlamadı. Komandanın tempi aşağı, qol imkanları az idi. Üstəlik Mata da zədələnərək əvəzləndi. Okan Buruk fasilədə ikili əvəzetməyə əl atdı və bu addım özünü doğrultdu. Komandanın oyununu gücləndirən italiyalı ulduz Zanyolo qapıya vurduğu ilk zərbə ilə Türkiyə karyerasında qol hesabını açdı! “Qalatasaray”da ilk superliqa oyununda qol vuran sonuncu futbolçu 2021-in avqustunda Çikıldau olmuşdu. Qalan dəqiqələrdə başqa qol olmadı və “Aslan” ənənsinə sadiq qalaraq 1 top fərqi ilə qalib gəldi. Komanda bu mövsüm 19 qələbədən 13-nü məhz bu şəkildə əldə edib! “Fənərbaxça” bu tur oynamadığı üçün zirvədə xal fərqi 9-a yüksəldi. İstanbul təmsilçilərinə qarşı ardıcıl 9-cu qələbəsini qazanan “Cim-Bom” “Fənərbaxça”nın 1962-ci ildə müəyyənləşdirdiyi rekordu təkrarladı.

Bazar günü daha 3 oyun keçirildi. “Alanyaspor”u 2 cavabsız qolla yenən “Ankaragücü” bu mövsüm ilk dəfə ev oyununda top buraxmadan qələbə qazandı. Ərsun Yanal alanyalıların başında ilk məğlubiyyətini yaşadı. Turun maraqlı oyunlarından biri Trabzonda baş tutdu. Avcının istefasından sonra “Trabzonspor”u heç də zəif olmayan “Adana Dəmirspor”la oyuna onun köməkçisi Orhan Ak çıxarmışdı. Maraqlıdı ki, təcrübəli məşqçinin istefasından dərhal sonra komanda parlaq qələbə qazandı. Düzdü, qonaqların məğlubiyyətində artıq 22-ci dəqiqədə rəqibin üzünə zərbə endirdiyi üçün qırmızı vərəqə alan Belhandanın məsuliyyətsizliyi də az rol oynamadı. Mərakeşli futbolçu Türkiyədə oynamağa başladığı 2017/18 mövsümündən bəri 6-cı dəfə meydanda qovuldu. Bu müddətdə ondan çox qırmızı vərəqə alan yoxdu! Belhanda bu “qırmızı”lardan 4-nü “Qalatasaray”ın heyətində alıb. Visça meydana çıxandan sonra rəqibi “ağ bayraq qaldırmağa” məcbur edən son çempion bu mövsüm superliqada 2-ci dəfə bir oyunda 4 top vurdu. “Trabzonspor”un bu rəqibini evdə ardıcıl 8-ci oyunda məğlub etdiyini də vuğulayaq.

“Fatih Terim”də keçirilən turun mərkəzi oyununun axarına da erkən qırmızı vərəqə təsir göstərdi. Son vaxtlar enişdə olan “İstanbul BŞ” “Beşiktaş”a müqavimət göstərə bilmədi. Abubakarın qolundan sonra hesabda geri düşən meydan sahibləri 35-ci dəqiqədə azlıqda qaldılar. Bir müddət öncə icarəyə götürülən Yanuzay Fernandeşə qarşı kobduluğa görə qırmızı vərəqə aldı. Müdafiədə etibarlı təsir bağışlayan İstanbul nəhəngi fasilədən sonra Masuaku ilə daha bir qol vuraraq rahat qələbə qazandı. Başakşəhərlilərin çalışdırıcısı Əmrə Belözoğlu matç ərzində bir neçə dəfə “Beşiktaş” fanatları ilə münaqişə yaşadı. “İstanbul BŞ” ardıcıl 3-cü superliqa oyununda qol vurmadan məğlub olaraq antirekordunu təkrarladı.

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

9-08-2022, 14:0

Superliqanın ilk turunda qeydə alınan maraqlı faktlar

Dünya futbolu

24-11-2022, 15:0

Türkiyədə yeni nəsil məşqçilərə daha biri əlavə olundu

Dünya futbolu

12-03-2023, 20:0

''Qalatasaray'' 63 illik rekordu yenilədi!

Dünya futbolu

29-10-2022, 17:0

''Qalatasaray''da ilk qollarını vurdular

Dünya futbolu

29-09-2022, 18:0

Muslera ''Qalatasaray''da tarix yazmaqda davam edir

Aktual
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Son xəbərlər
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
Daha çox
Oxunub: 698
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 239
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə