Millimizin rəqibləri müəyyənləşdi

3.11.2022 18:10 351
Yığma
Bu gün final mərhələsi 2023-cü ildə Xorvatiyanın Poreç şəhərində keçiriləcək 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının ilkin və əsas mərhələsinin püşkü atılıb.

Mübarizəyə əsas mərhələdən başlayacaq millimiz 5-ci qrupda Yunanıstan, Bosniya və Herseqovina və Fransa komandaları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları gələn il 21-26 mart tarxilərində keçiriləcək.