“Formula-1” üzrə dünya çempionatının yeni mövsümün Lüis Hemilton üçün uğursuz başlayıb.
"Football-plus.az" xəbər verir ki, “Mersedes”in britaniyalı pilotu Bəhreyn mərhələsində finişə yalnız 5-ci çata bilib. Yeddiqat dünya çempionu belə nəticəyə görə narazılığını gizlətmir:
“Mühənislər yeni maşını qurarkən məsləhətlərimə qulaq asmadılar, ona görə də indi komanda sürət çatışmazlığı problemini həll etməlidi. Karyeram boyunca çoxlu maşın idarə etmişəm, maşının nəyə ehtiyacının olub-olmadığını bilirəm. Döngələrdə balansı yaxşılaşdırmaq, bütün zəif nöqtələri aradan qaldırmaq lazımdı”.