Jiru ilə Diasın aqibəti məlum oldu

8.03.2023 17:58 349
Dünya futbolu
“Milan”ın məşqçiləri sevinirlər.

“Football-plus.az” xəbər verir ki, komandanın iki hücamameyilli oyunçusunun səhhətindəki problemlər arxada qalıb. Olivye Jiru ilə Braim Dias çərşənbə axşamı ümumi qrupda məşq ediblər. Onların Çempionlar Liqasının 1/8 finalının “Tottenhem”lə cavab oyununda iştirakı mümkündü.

“Tottenhem” - “Milan” matçı bu gün saat 00.00-da başalayacaq. Xatırladaq ki, İtaliyada keçirilən ilk oyun ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.