Belə ki, Trabzon təmsilçisinin maraq göstərdiyi mütəxəssislər arasında Xosep Qvardiolanın da olduğu iddia edilib. Hətta ünlü kataloniyalı məşqçinin agenti Xosep Mariya Orobitq bunu rəsmi şəkildə təkzib etməli olub. İspaniyanın ''As'' nəşri bu iddialardan sonra dərhal Orobitq ilə əlaqə saxlayıb. O isə qısa açıqlama ilə kifayətlənib:
''Pep bu mövsümün sonuna qədər heç bir klubun və ya yığma komandanın təklifini qəbul etməyəcək. Bu mövsüm istirahət edəcək''.
Xatırladaq ki, bu yay 55 yaşlı Qvardiolanın 10 illik ''Mançester Siti'' dönəmi başa çatdı. O, İngiltərədən ayrıldıqdan sonra İtaliya yığmasından da təklif almış, amma geri çevirmişdi. Məhəmməd Salahlı ''Trabzonspor'' isə müvəqqəti olaraq Hüseyin Çimşir ilə yoluna davam edir. Bu məşqçi ilə ''Gənclərbirliyi''ni 5:0 məğlub edən qaradənizlilər ''Konyaspor''la oyuna da Çimşir ilə çıxacaqlar.






