Millimiz Yalovada ikinci yeri tutdu

12.09.2026 20:10 0
İdman
16 yaşadək oğlan basketbolçulardan ibarət millimiz Türkiyənin Yalova şəhərində keçirilən "EVOQ Challenge Cup Pre Season Yalova" beynəlxalq mövsümöncəsi hazırlıq turnirində ikinci yeri tutub.

"Football-plus.az" xəbər verir ki, yığma qrup mərhələsində keçirdiyi 3 matçın hamısında qələbə qazanaraq finala yüksəlib. U-16 turnirdə "Viktor Sanikidze Academy Basketball" (94:43), "Bakırköy Kartaltepe" (65:54) və "Eskişehir Gelişim Falcons" (54:53) komandalarını məğlub edib.

Komanda həlledici qarşılaşmada "Konya Diltaş Basketbol"a 69:73 hesabı ilə məğlub olub.