• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İndependyente del Valye” “Flamenqo”dan qisasını aldı - REPORTAJ

Dünya futbolu

6-03-2023, 22:0

Martın 1-də Cənubi Amerikanın nüfuzuna görə üçüncü klub turnirinə yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, Sudamerikana Kubokunun (SK) son qalibi “İndependyente del Valye” ilə Libertadores Kubokunun (LK) son çempionu “Flamenqo” arasında fevralın 22-də Ekvadorda keçirilən ilk matç ev sahiblərinin minimalhesablı qələbəsi ilə nəticələnmişdi. Yeri gəlmişkən, komandalar Cənubi Amerika Superkubokunda 2020-ci ildə də qarşılaşmışdılar. Onda Ekvadordakı matç 2:2 hesabı ilə nəticələnmiş, Braziliyadakı cavab görüşündə isə böyük hesabla qalib gələn (3:0) “Flamenqo” tarixində ilk dəfə superkuboka sahib çıxmışdı.

LK-nın son qalibinin ilk oyundakı məğlubiyyətin əvəzini Braziliyada artıqlamasıyla çıxmaq şansı yüksək dəyərləndirilirdi. Məşhur “Marakana” stadionundakı cavab oyunu daha gərgin keçdi. Gözlənildiyi kimi, meydan sahibləri statistik göstəricilərdə üstünlüyə malik oldular. Vitor Pereyranın bu ildən çalışdırdığı “Flamenqo” qapı istiqamətində ümumilikdə 26 zərbə endirdi ki, bunlardan 11-i dəqiq alındı. Amma qonaq komanda “çərçivə”yə yönələn zərbələrin sayında rəqibdən yalnız 2 say qədər geri qaldı. Rio de janeyrolular azarkeşlərini uzun müddət gərginlikdə saxlasalar da, əsas vaxta əlavə olunan 6-cı dəqiqədə hesabı açdılar. De Arraskaeta Evertonun ötürməsi ilə iki oyuna görə ümumi hesabı bərabərləşdirdi. Bundan sonra 30 dəqiqəlik əlavə vaxt təyin olundu. Həlledici iki hissə də braziliyalıların azacıq üstünlüyü ilə keçdi. Ekvadorlular əsas diqqəti müdafiəyə ayırsalar da, ara-sıra əks-hücumlarla oyunun axarını öz xeyrinə dəyişməyə çalışdılar. Cavab matçı da kobudluqlarla zəngin oldu. Uruqvaylı hakim Andres Matonte futbolçulara ümumilikdə 13 sarı vərəqə göstərdi (ilk oyunda 10 oyunçu xəbərdarlıq almış, ev sahiblərinin yarımmüdafiəçisi Xulio Ortis isə son dəqiqələrdə kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı). Əlavə vaxtda qapılara qol vurulmadı və qalibi penalti seriyası müəyyən etdi.

Maraqlıdı ki, braziliyalılara ümid verən yeganə qolun müəllifi De Arraskaeta ilk penalti zərbəsini uğursuz yerinə yetirdi. 22 yaşlı qapıçı Moyses Ramires uruqvaylı yarımmüdafiəçinin zərbəsini dəf etdi. Seriyada qalan 9 zərbənin hamısı qolla nəticələndi. Beləliklə, SK-nın ötən il oktyabrın 22-də keçirilən finalında Braziliyanın “San Paulu” komandasını 2:0 hesabıyla məğlub edərək bu turnirin tarixində ikinci qələbəsini qazanan “İndependyente del Valye” azarkeşlərini növbəti dəfə sevindirdi. “Flamenqo”dan üç il əvvəlki məğlubiyyətin qisasını alan Sanqolkuy klubu tarixində ilk dəfə Cənubi Amerika Superkubokunun qalibi oldu. Martin Anselmi məşqçilik karyerasında beynəlxalq səviyyədə ikinci uğurunu qazandı. Ekvador klubuna 2022-ci ilin iyununda təyinat alan 37 yaşlı argentinalının 8 aylıq fəaliyyəti həqiqətən də diqqəti cəlb edir. Anselminin həmkarı Pereyranın “Flamenqo”dakı fəaliyyəti isə hələ ki uğursuzluqlarla zəngindi. Baş məşqçi vəzifəsinə ötən ilin dekabrında təyin olunan portuqaliyalı mütəxəssis komanda ilə son bir ay ərzində 3 kubok qazanmaq şansını qaçırıb. “Flamenqo” əvvəlcə Braziliya Superkubokunda “Palmeyras”a (3:4), sonra isə Klublararası Dünya Çempionatının yarımfinalında “Əl-Hilal”a (Səudiyyə Ərəbistanı) məğlub olub (2:3). Xatırladaq ki, komandanı LK-da qələbəyə daşıyan Dorival Junior 5 ay çalışdığı baş məşqçi vəzifəsini noyabrda tərk etmişdi. Onun xələfi Pereyranın ard-arda gələn uğursuzluqlardan sonra bu postda daha nə qədər görünəcəyi maraq doğurur...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-02-2023, 19:0

Məşqçi gecikdi və komandasının oyununa gələ bilmədi!

Dünya futbolu

2-02-2023, 18:0

“Palmeyras”ın ilk uğuru - REPORTAJ

Dünya futbolu

7-07-2022, 18:0

Məşhur futbolçu “Flamenqo”ya keçir

Dünya futbolu

8-09-2022, 15:0

Libertadores kubokunda finalçılar bilindi

Dünya futbolu

17-03-2022, 23:0

MY-nin oyunçusu “Flamenqo”da qaldı

Aktual
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
“Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
Son xəbərlər
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
  • Dünən, 13:26
    “Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
  • Dünən, 12:55
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 12:24
    Bütün oyunçuları arxada qoydu
  • Dünən, 11:53
    Dünya çempionatının rekordunu təkrarladı
  • Dünən, 11:22
    Milana Rəhimova Latviya klubunda
  • Dünən, 10:52
    Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
  • Dünən, 10:31
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 10:00
    Mbappe rekordlardan doymur
  • Dünən, 09:40
    Yarımfinal: Fransa - Ispaniya, Ingiltərə - Argentina
  • 11-07-2026, 23:0
    İngilis futbolçu “2” aldı
  • 11-07-2026, 23:0
    Yubiley qolunun müəllifi oldu
  • 11-07-2026, 23:0
    İspaniyaya qarşı oynamayacaq
  • 11-07-2026, 22:0
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 187
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 140
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə