Azərbaycan millisi bürünc medal qazandı

18.01.2023 11:10 228
İdman
Stend atılıcığı üzrə Azərbaycan millisi ISSF dünya kuboku yarışında bürünc medal qazanıb.

Football-plus.az xəbər verir ki, Fuad Qurbanov, Cavid Həsənov və Emin Cəfərovdan ibarət dairəvi stend komandası mötəbər turniri 3-cü pillədə başa vurub.

Kişilər arasında ISSF dünya kuboku Mərakeşdə keçirilib.