• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tural Əsgərov “Qarabağ”ın çox dəyişdiyini düşünür

Aktual / Ölkə futbolu

3-03-2023, 15:0

Azərbaycan klubları üçün avrokubok mövsümü başa çatdı. “Qarabağ” ötən həftə Konfrans Liqasının pley-offunda “Gent”ə uduzaraq mübarizəni dayandırdı. Ağdamlıların Belçika klubuna məğlubiyyəti ilə bağlı yerli mediada təhlillər, yazılar dərc olundu. Bir çoxları günahı yeni transferlərdə, bəziləri isə “köhlən atlar”ın hazırlığının aşağı olmasında gördü.

Görəsən, məğlubiyyətin əsas səbəbi nədi?

Football-plus.az olaraq, bu sualı tanınmış menecer Tural Əsgərova ünvanladıq:

“Qarabağ” “Gent” səddini niyə aşa bilmədi? “Ferentsvaroş”, “Surix”, “Lex” Ağdam təmsilçisini nə üçün keçə bilmədi? Futbolda gözlənilməz nəticələr qeydə alınır. Bəzən güclü rəqibi məğlub edib, nisbətən zəifin qarşısında aciz qalırsan. Bu suala cavab vermək çox çətindi. Bakıdakı oyundan sonra bir çoxları kimi, mən də “Qarabağ”ın bu rəqibi üstələyəcəyini düşünürdüm. Görünür, hardasa yanılmışıq. Məğlubiyyətin bir çox səbəbi var. Qurban müəllim də etiraf etdi ki, komanda oyuna tam hazır deyildi. Sadəcə, birinci matçda “Gent”i keçəcəyimizə inanmışdıq. İkinci görüşdə anladıq ki, belə deyil. Komanda sözün əsl mənasında oyuna hazır deyildi. Burda söhbət təkcə futbolçuların fərdi hazırlığından getmir. Ağdam təmsilçisi kifayət qədər yenilənmiş kollektivdi. Bir il öncə “Marsel”lə matçdakı heyətlə indiki arasında çox fərq var. Heyətdə ən azı 6-7 fərqli futbolçu var idi. Bütün bunları nəzərə almaq lazımdı. Bundan əlavə, nə qədər doğru analitik təhlil olmasa belə, məncə, həmin vaxt “Qarabağ”ın günü deyildi. Bu barədə çox fikirləşmişəm. İlk dəqiqələrdə Bəhlulun qapı tirinə dəyən baş zərbəsi, penalti seriyası zamanı Quqeşaşvilinin üç zərbənin istiqamətinin tapmasına rəğmən, topu tuta bilməməsi, Şeydayevin bir neçə santimetrə görə qeydə alınmayan qol ötürməsini də nəzərə alsaq, bunu deyə bilərik. Həmin gün “Qarabağ”ın bəxti gətirmədi. Başqa xırda məqamları da nəzərə almaq lazımdı. Bir sözlə, iki oyun üçün “Gent” daha hazırlıqlı idi və mərhələni keçən tərəf oldu”.

Sosial şəbəkələrdə Ağdam təmsilçisi ilə bağlı maraqlı fikirlər səsləndirilir. Bir çoxları yeni transferlər – Adama Diakabi, Yassin Benzya və Redon Cicanın “köhlən atlar”a uyğunlaşmadığını dilə gətirir. Bəziləri isə klubun transfer xətrinə bu keçidləri etdiyini söyləyir. Bu fikirlər nə dərəcədə doğrudu? Menecer məsələyə belə münasibət bildirdi:

“Belə sualla qarşılaşacağımı ağlıma gətirməzdim. Ağdam təmsilçisinin transfer xatirinə keçidləri reallaşdırmasını düşünmək absurddu. Bunu demək üçün futboldan uzaq olmaq lazımdı. Elə olub ki, mətbuat məcbur etməyə çalışsa da, klub transfer etməyib. Diakabi, Benzya və Cica da belə keçidlərdəndi. Ümumiyyətlə, heç bir klub hansısa futbolçunu transfer edəndə bir oyunu nəzərə almır. “Qarabağ” kiminləsə razılaşanda ən azı 2 illik müqavilə bağlayır. Bütün keçidlər müəyyən müddətə hesablanır. Kimsə bir oyuna görə futbolçunu dəyərləndirirsə, bu, onun problemidi. Mən, ümumiyyətlə, bəzi mütəxəssislərin fikirləri ilə razı deyiləm.

Onlar düşünürlər ki, Diakabi, Benzya və Cica uğursuz transferlərdi. Bu nəticəyə gəlmək üçün hələ tezdi. Oyunçunun bu gün hazır olmamasından da danışmaq lazım deyil. “Qarabağ” onları “Gent”i keçmək üçün transfer etməmişdi. Ağdam təmsilçisinin ən uğurlu keçidlərindən biri Reynaldo Silva idi. Braziliyalı 7-8 ay idi futbol oynamırdı. Ciddi tənqidlərə məruz qalmışdı. Sonda necə futbolçu olduğunu gördük. Kadi də həmçinin. İlk oyunlarında ciddi tənqidlərlə qarşılaşmışdı. Hətta bəzi müxətəssislər onu uğursuz transfer adlandırırdı. Sonda gördük ki, hər şey fərqlidi. Julio Romao haqda da çox şey deyirdilər. İndi komandanın ən yaxşılarından biridi. Transferlərə qiymət vermək üçün gözləmək lazımdı. Yenə qayıdıram Benzya, Diakabi və Cica məsələsinə. Onların “Gent”lə oyundan sonra super transferlər olduğunu söyləyənlər var idi. Mən bunun tərəfdarı deyiləm. Oyunçuya bir matça görə qiymət verməzlər. Heç kim onların uğurlu və ya uğursuz olduğunu indi söyləyə bilməz. Bunu zaman göstərəcək. Və heç kim də uğursuz transferdən “sığortalanmayıb”. Nə futbolumuzun lideri “Qarabağ”, nə də autsayderləri”.

Tural bəy yekunda Ağdam təmsilçisinin skaut komandası yaratmalı olduğunu dilə gətirdi:

“Əlbəttə, bu olsa, yaxşı olar. Amma bu o qədər də asan deyil. Bu işlərin içində olan şəxs kimi söyləyə bilərəm ki, skaut heyəti qurmaq həddən artıq çətindi və xərc tələb edir. Hətta “böyük beşlik” ölkələrində çıxış edən bəzi klublarda da skaut komandası yoxdu. 2-3 skautu olanlar var. Amma komanda formalaşdıranlar çox azdı. Nəzərə almaq lazımdı ki, Azərbaycan futbolu haqda danışırıq. Yenə deyirəm, bunu etmək çox çətindi. Kifafət qədər maliyyə tələb etdiyi üçün hazırda ölkəmizdəki klubların skaut heyəti yoxdu”.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

17-02-2023, 15:0

"Gent"dən "Qarabağ"a təşəkkür

Manşet / Konfrans Liqası

7-11-2022, 17:0

"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi bilindi - YENİLƏNİB

Konfrans Liqası

17-02-2023, 17:0

"Qarabağ"dan "Gent"ə cavab

Manşet / Konfrans Liqası

19-02-2023, 14:0

“Bəlkə də “Qarabağ” “Gent”in dərhal yüksək pressinq edəcəyini gözləmirdi”

Dünya futbolu

12-12-2022, 13:0

Dünya reytinqində dəyişiklik: "Gent" "Qarabağ"ı qabaqladı

Konfrans Liqası

10-11-2022, 10:0

"Qarabağ"ın rəqibindən darmadağın

Aktual
“Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
Son xəbərlər
  • Bu gün, 12:56
    “Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
  • Bu gün, 12:25
    Nəbadə, Elvin!
  • Bu gün, 11:54
    “Sabah” ölkə kubokunda 20-ci ev qoluna imza atdı
  • Bu gün, 11:23
    “Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
  • Bu gün, 10:52
    Güləş millimiz Avropa çempionu oldu
  • Bu gün, 10:31
    Nəriman yenə şans qazanmadı
  • Bu gün, 10:00
    Daha dörd güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 23:58
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • Dünən, 23:53
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • Dünən, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Dünən, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Dünən, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Dünən, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Dünən, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Dünən, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Dünən, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Dünən, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Dünən, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Dünən, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Dünən, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Dünən, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Dünən, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Dünən, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Dünən, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Dünən, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Dünən, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Dünən, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Dünən, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Dünən, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Dünən, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Dünən, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Dünən, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Dünən, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Dünən, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Dünən, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
Daha çox
Oxunub: 602
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 269
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 194
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə