"Şamaxı" və "Kəpəz"dən qələbə - YENİLƏNİB

25.02.2023 19:07 380
Premyer-liqa / Manşet
Misli premyer-liqasında 24-cü tur davam edir.

Football-plus.az xəbər verir ki, bu gün daha 2 matç keçirilib

"Sabah" "Şamaxı"nın qonağı olub. Görüşdə gözlənilməz nəticə qeydə alınıb. Sonuncu pillədə qərarlaşan "Şamaxı" 2-ci pillədə olan "Sabah"a 2:1 hesabı ilə qalib gəlib. Bu, "Sabah"ın ardıcıl 2-ci məğlubiyyətidir. Murad Musayevin komandası bundan əvvəl "Turan Tovuz"a uduzmuşdu - 0:2.

Günün digər oyunda isə "Kəpəz" səfərdə "Sumqayıt"la üz-üzə gəlib və 2:1 hesabı ilə qalib gəlib.

Misli premyer-liqası, 24-cü tur
25 fevral (şənbə)

"Şamaxı" - "Sabah"
2:1
Amil Yunanov, 72, 90+5-p. - Aleksey Kaşuk, 77
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Eyyub İbrahimov, Əli Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı. Şəhər stadionu. 14.30

"Sumqayıt" - "Kəpəz" 1:2
Ahmed Ayzaya, 6. Martins Junior, 38 - Yusif Nəbiyev, 88-öz qapısına
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Kapital Bank Arena". 17.00

Tura fevralın 27-də keçiriləcək "Qarabağ" - "Neftçi" görüşü ilə yekun vurulacaq.