Baş məşqçiyə növbəti dəstək

2.03.2023 20:22 209
Dünya futbolu
“Çelsi” uğursuzluq zolağından çıxa bilməsə də, baş məşqçi Qrehem Potter gələcəyinə görə narahat olmaya bilər.

Football-plus.az xəbər verir ki, “The Times” qəzetinin yaydığı xəbərə görə, rəhbərlik komandanın uğursuz çıxışına baxmayaraq, ingilis mütəxəssislə əməkdaşlığı davam etdirəcək. Potterə komandanı uğursuz zolaqdan çıxarmaq üçün vaxt verilib.

Paytaxt komandası premyer-liqada keçirdiyi son 5 matçda qələbə qazana bilməyib. “Çelsi” hazırda ölkə çempionatda 24 oyuna 31 xalla 10-cu yerdədi.