“Klippers”in forvardı Pol Corc “Sakramento” ilə oyunda 5 belə atışla yadda qaldı.
"Football-plus.az" xəbər verir ki, karyerasındakı 3 xallıq atışların sayını 1987-yə çatdıran 32 yaşlı amerikalı Dirk Novitskini (1982) arxada qoymaqla bu göstəricidə MBA tarixində 15-ci pilləyə yüksəldi. Corc 14-cü yeri tutan Ceyson Kiddə (1988) çatmaq üçün daha bir üçxallıq atış reallaşdırmalıdı.
Belə atışların sayına görə MBA rekordu Stefen Karriyə (3302) məxsusdu.