Lider ən yaxın izləyicisini məğlub etdi

25.02.2023 18:35 211
İdman
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI turdan təxirə salınan oyun keçirilib.

Football-plus.az xəbər verir ki, Voleybol Mərkəzində ikinci pillədə qərarlaşan “Xarı bülbül” lider “Murov”la qarşılaşıb.

Görüş “Murov”un inamlı qələbəsi ilə yekunlaşıb. Adıçəkilən komanda rəqibini hər üç hissədə üstələyib – 3:0 (25:18, 25:18, 25:23).

Bu qələbə sayəsində “Murov” 29 xalla turnir cədvəlində liderliyini bir qədər də möhkəmlədib. “Xarı bülbül” isə 12 xala malikdir.