Reşford finalda iştirak edə biləcək?

25.02.2023 22:28 249
Dünya futbolu
“Mançester Yunayted” İngiltərə Liqa kubokunun finalına ciddi itki ilə çıxa bilər.

Football-plus.az xəbər verir ki, Markus Reşfordun “Nyukasl”a qarşı oyunda iştirakı sual altındadı.

O, Avropa Liqasının pley-off mərhələsinin “Barselona” ilə cavab matçında (2:1) rəqib oyunçu Ronald Arauxo ilə toqquşmada zədə alıb.

İngiltərə Liqa kubokunun finalı fevralın 26-da Londondakı “Uembli” stadionunda keçiriləcək.