MY 6 il sonra ilk titulunu qazandı

26.02.2023 22:21 239
Dünya futbolu
İngiltərə Liqa Kubokunda mövsümə yekun vurulub.

Football-plus.az xəbər verir ki, finalda "Mançester Yunayted" "Nyukasl"la qarşılaşıb. “Uembli” stadionunda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb. “Qırmızı şeytanlar”ın heyətində 33-cü dəqiqədə Kasemiro fərqlənib. 39-da isə Sven Botman avtoqola imza atıb.

Bununla da, “Mançester Yunayted” 2017-ci ildən sonra ilk titulunu qazanıb.