İllərini kluba həsr edən şəxs "Şamaxı"da qalacaq - AÇIQLAMA

19.07.2022 15:12 931
Premyer-liqa / Manşet
“Şamaxı” yeni mövsümə hazırlığı doğma məkanda davam etdirir.

Klubun rəhbər heyəti və məşqçilər korpusu dəqiqləşəndən sonra “şirlər” yoxlama oyununda da gücünü sınadı. “Turan Tovuz”la Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsiylə başa çatdı. İyulun 22-də “Kəpəz”, 26-da isə U-19 ilə oyunlar nəzərdə tutulub.

“Şamaxı” ilə bağlı bir qaranlıq məsələ də var. Belə ki, mətbuat katibi Səbuhi Məmmədovun postunda qalıb-qalmayacağına aydınlıq gəlməyib. Dünən əlaqə saxladığımız Səbuhi bəy klubda fəaliyyətini davam etdirəcəyini, bu haqda tezliklə rəsmi məlumat veriləcəyini söylədi.

ŞAİR ABDULLA