"Şamaxı" tibbi müayinənin nəticəsini gözləyir

10.01.2023 22:54 416
Premyer-liqa / Manşet
"Kəpəz"dən ayrılan Zahid Mərdanov "Şamaxı"ya keçib.

Maraqlıdı, futboçuyla hansı şərtlərlə müqavilə bağlanıb? Bunu aydınlaşdırmaq üçün "Şamaxı"nın mətbuat katibi Yusif Hüseynovla əlaqə saxladıq:

"Zahid Mərdanov məşqçilərimiz tərəfindən yaxından izləniləndən sonra komandaya cəlb olundu. Hazırda baxışdadı, məşqlərdə özünü yaxşı tərəfdən göstərib. Təkcə tibbi müayinədən keçmək qalıb. Bunda da problem olmasa, onunla müqavilə bağlayacağıq. Sözləşmənin detalları barədə yaxın günlərdə mediaya açıqlama verəcəyik" .


ABDULLA İSMAYILOĞLU