Rəşad Sadıqov VAR hakimini tənqid etdi - "Heç olmasa..."

22.08.2022 16:14 594
Ölkə futbolu
Misli premyer-liqasının 3-cü turunun son matçı "Zirə" və "Sumqayıt" komandaları arasında baş tutdu.

0:0 hesablı bərabərliklə başa çatan görüşdən sonra "Zirə"nin baş məşqçisi oyunun VAR hakimi Nicat İsmayıllını tənqid edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə mütəxəssis özünün İnstaqram hesabındakı paylaşımında yazıb. O, “Sumqayıt”ın qapıçısı Aydın Bayramovun futbolçuları Rəhim Sadıqova qarşı cərimə meydançasındakı hərəkətini qayda pozutunsu kimi qiymətləndirib. Mütəxəssiz bunları yazıb:

"79-cu dəqiqədəki Hamidu ilə Almirin toqquşması zamanı israrla "penalti" deyən, ondan bir neçə saniyə əvvəl Sərtan-Vüsal mübarizəsindəki qayda pozuntusunu baş hakimə göstərməyən, VAR-da əyləşən Nicat qardaşım, bu epizodda heç bir qayda pozuntusu görmədin? Heç olmasa, yalandan da olsa, baş hakimə bir də bu epizoda baxmasını təklif edərdin. Yəni, pauza yaranacaq deyə narahat olmadığını oyununun 6 dəqiqəlik dayandırılmasında da hiss etdik. 1 dəqiqə bu epizoda vaxt getsəydi, heç nə olmazdı. Maraqlıdı ki, şərhçi Nurlan Valehoğlu qayda pozuntusunu görür, amma Nicat görmədi".


Qeyd edək ki, görüş 0:0 hesabı ilə başa çatıb.