Reşford cari mövsümdə evdə 17 qol vurub.
Football-plus.az xəbər verir ki, bu isə 2011/12 mövsümündən bəri MY üçün ən yaxşı göstəricidi.
Həmin mövsümdə Runi bütün turnirlər çərçivəsində evdə 19 qol vurmuşdu. Cari mövsümdə 24 qol vuran Reşford şəxsi rekord da müəyyənləşdirdi. Son 5 ildə yalnız bir futbolçu MY-nin heyətində bundan çox qol vurub. Fernandeş 2020/21 mövsümündə 28 dəfə fərqlənib. Kriştiano Ronaldo isə ötən mövsüm 24 qol vurmuşdu.