• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Olmaz olsun belə VAR... - KÖŞƏ

Premyer-liqa / Yazarlar

17-02-2023, 22:0

“Qarabağ”la “Sabah”ın qarşılaşmasının üstündən bir neçə gün keçib.

Misli premyer-liqasının liderlərinin qarşılaşmasını azarkeşlər də maraqla gözləyirdi. Biz kimin kim, daha doğrusu, “Sabah”ın “Qarabağ”la çempionluq mübarizəsi aparmağa nə qədər hazır olduğunu məhz bu matçda biləcəkdik. Təəssüf ki, oyundan sonra meydanda başverənlər yox, hakim idarəçiliyi gündəmə oturdu, daha çox məhz Elçin Məsiyevin qərarları oyuna damğa vurdu.

Məsiyevin hakim kimi səviyyəsi həmişə məndə şübhə doğurub. Adamı irəli dartıblar, ildırım sürəti ilə FİFA referisinə çeviriblər. Bəli, məhz çeviriblər. AFFA-nın Hakimlər və Hakim-inspektorlar Komitəsində yuxarı başda əyləşdirdiyi avstriyalı Frits Stuxlik guya futbolumuzda tapıntı etdi, ortaya istedad çıxardı. Nəticəsi də ortadadı. Süni şəkildə irəli çəkilən Məsiyev daim mərkəzi oyunlara təyinat alır, ondan ölkə çempionatı üçün aparıcı hakim düzəltmək istəyirlər. Guya ki, adam daim hadisələrin mərkəzindədi, qətiyyətli qərarları ilə vacib matçlarda ədalətin qorunmasını təmin edir. Amma hər şey tərsinədi. Onun baş hakim kimi meydana çıxdığı elə bir mərkəzi oyun yoxdu ki, orda qalmaqal baş verməsin, mübahisə yaşanmasın.

İki mövsüm əvvəl premyer-liqanın final qarşılaşmasına çevrilən, çempionluğun taleyini həll edən “Neftçi” – “Qarabağ” görüşündə söz sahibi o idi. Konkret iki şübhəli epizodda “Neftçi”nin müdafiəçilərinin qaydanı pozmasına göz yumdu, “Dalğa Arena”da ev sahibi rolunda çıxış edən “ağ-qaralar”ın qapısına penalti təyin etmədi. Sonda da bir xalın kifayət etdiyi “Qarabağ” Əhməd Əhmədovun vurduğu sürpriz qolla məğlub oldu, çempionluq əldən getdi. Daha bir nümunə həmin mövsüm “Zirə” ilə “Keşlə” arasında keçirilən oyunlarda yaşanmışdı. “Qara paltarlı adam” roluna girən Məsiyev meydan sahibi “Zirə”nin büdrəməsi üçün əlindən gələni də, gəlməyəni də etmişdi. Amma nə olsun? Həmin həngamələrdən sonra da Məsiyevə “yuxarılar”ın etimadı bitib-tükənmək bilmədi, sanki onun bu “xidmətlərini” AFFA-da oturan səlahiyyət sahibləri məmnunluqla qarşıladılar.

İndi Stuxlik yoxdu. Fikirləşmək olardı ki, Barış Şimşək Məsiyevin hoqqalarına dözməyəcək. Di gəl ki, yanılmışıq. Türkiyəli mütəxəssis də avstriyalı həmkarının yolu ilə gedir. Məsiyev yeni piramidanın lap uc nöqtəsində hoqqa çıxarmağa davam edir. Özü də bu dəfə VAR sisteminin də yaxından iştirakı ilə. Əyri oturub, düz danışmalı olsaq, deyək ki, Elçin Məsiyev qərəzli deyil, “Qarabağ”ı, yaxud da “Zirə”ni yıxmağa çalışmır. Onda iki variant qalır ki, biz bunlardan birinə inanmalıyıq. Birinci variant onun bacardığının bu olmasıdı. Yəni adam heç kimə qarşı deyil, sadəcə, mərkəzi oyunların yükünün altından çıxa bilmir. Belə olan halda günah Məsiyevdə yox, ona bu etimadı göstərənlərdədi. Adamın hakimlik bacarığı, səviyyəsi mərkəzi oyunlarda ədaləti qorumaq üçün yetərli deyil. Sadəcə, kimlərsə kor tutduğunu buraxmadığı kimi, Məsiyevin ətəyindən yapışıb qalıb, buraxmaq istəmir. Digər variant isə vəziyyəti daha da qəlizləşdirir. Elçin bəyin və onu himayə edənlərin məqsədi aranı qarışdırmaq, həm hakimlərimizin nüfuzuna, həm də çempionatın ədalətli keçirilməsinə şübhə yaratmaqdı.

Məni bağışlayın, amma çox fikirləşsəm də, ağlıma başqa variant gəlmir. Başımıza haranın külünü tökək, dərdimizi kimə dəyək? Rəhim Həsənov kimi istedadlı və xarizmatik FİFA referisini bir ilin içində futboldan da, hakimlikdən də iyrəndirib qaçaq salan adamların Məsiyevə himayədarlıq etməkdə məqsədi nə olar bilər? Bu komediyanı qurtarmaq lazımdı. İllərdi onu FİFA referisi kimi əzizləyirsiz, çempionatın mərkəzi oyunlarına təyinat verirsiz ki, UEFA-da da gözə batsın, Məsiyevə təyinat gəlsin. Əliyar Ağayevin səhvlərindən “videoçələng” hazırlayıb, qitənin ali futbol qurumuna göndərənlər Məsiyevin səhvlərinə göz yumur, ört-basdır edir. Amma gözünə döndüyüm UEFA da kimin kim olduğunu yaxşı bilir. Burdakılardan fərqli ordakılar hələ ədalət hissini tam itirməyib. Elə buna görə də Məsiyevin beynəlxalq karyerasında heç tısbağa sürətiylə də irəliləyiş baş vermir. Sir-sifətini turşudub, üzünə “bolşe zəhrimar” verib, ciddi hakim obrazı yaratmaq da kara gəlmir.

Sonuncu “Qarabağ” – “Sabah” oyununun ağır yükünü qaldırmağa Məsiyevin gücü çatmadı. Özü də bu dəfə ona VAR da kömək edə bilmədi. VAR-a baxan FİFA referisi də düzgün qərar verə bilmirsə, nəyimizə lazım belə referi, yaxud da VAR?! Hər ikisi olmaz olsun!

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

4-06-2022, 09:0

Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb

Premyer-liqa / Manşet

2-09-2022, 16:0

Aqil Məmmədov Elçin Məsiyevin qərarından narazı deyil

Aktual
"Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
Son xəbərlər
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
  • Dünən, 22:00
    Premyer-liqanın təqvimi açıqlandı
  • Dünən, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Dünən, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Dünən, 20:02
    İtaliya klubunu tərk etdi
  • Dünən, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Dünən, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Dünən, 18:32
    Parisi tərk edəcək
  • Dünən, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Dünən, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Dünən, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Dünən, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Dünən, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Dünən, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Dünən, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Dünən, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Dünən, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Dünən, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Dünən, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Dünən, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Dünən, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Dünən, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Dünən, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Dünən, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Dünən, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Dünən, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Dünən, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Dünən, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Dünən, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 247
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə