Ülvi mərkəzdən qol vurub?

17.02.2023 21:30 244
Premyer-liqa / Manşet
"Qəbələ" - "Neftçi" qarşılaşmasında meydan sahiblərinin futbolçusu Ülvi İsgəndərov "qırmızı-qaralar"ın heyətində 100-cü oyununa çıxdı.

Klub rəhbərliyi ona üzərində “100” yazılan forma hədiyyə etdi. Bununla bağlı səbəbkarın fikrini öyrəndik:
"Qəbələ"yə 2009-cu ildə gəlmişəm. Akademyada futbolun sirlərini mənimsəmişəm. 2017-də əsas komandaya dəvət olunmuşam. Sonra 18 ay "Sumqayıt"da icarədə çıxış edib, yenidən geri qayıtmışam. "Qəbələ"nin heyətində ən yaxşı oyunum və yaddaqalan qolum bu mövsüm "Zirə"yə qarşı olub. 90+3-cü dəqiqədə meydanın mərkəzindən vurduğum qolla komandama 3 xal qazandırdım".