Millimizin oyununu idarə edəcək hakimlər açıqlandı

30.09.2022 10:31 371
İdman
Futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində oktyabrın 11-də Afinada keçiriləcək Yunanıstan – Azərbaycan oyununu idarə edəcək hakimlər məlum olub.

"Footbal-plus.az" xəbər verir ki, matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

11 oktyabr

DÇ-2024-ün əsas mərhələsi
6-cı qrup

19.00 Yunanıstan – Azərbaycan
Hakimlər: Ademir Avdic, David Qlavonjiç, George Jansizian (İsveç)
Hakim-inspektor: Vilvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Artur Admiral (Niderland)