• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Şəfa" böyük futbola qayıdır - MÜSAHİBƏ

Müsahibə

13-02-2023, 12:0

Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində gedəndə yolun sağında bir stadion diqqətimizi çəkir. Söhbət “ASK Arena”dan gedir. Birvaxtlar bu stadionda ölkə çempionatının oyunları keçirilərdi. İndi isə boş qalıb. Ya otellərindən istifadə olunur, ya da müxtəlif akademiyalar burda məskən salıb. Bəzən də Region Liqasının oyunları keçirilir.

Bir sözlə, stadion böyük futbola bir ildən artıqdı həsrətdi. “ASK Arena” çoxadlı məkanlardandı. Lakin stadionu o vaxt AFFA prezidenti postunu tutan Fuad Musayev UEFA-nın maliyyə dəstəyi sayəsində “Şəfa” adı ilə tikdirmişdi. 2005-ci ilə kimi burda futbol klubu da fəaliyyət göstərirdi. 18 ildi adı çəkilən komanda adını tarixin tozlu səhifələrinə yazdırıb. Amma deyəsən, “Şəfa” yenidən bərpa olunur. Artıq ilk addımlar da atılıb. Klubun futbol akademiyası, hətta prezidenti, idman direktoru və əlaqələndiricisi də da var.

Nədi bu “Şəfa”? Hardan çıxdı? Xeyir-duasını kim verdi? Bu suallara cavab tapmaq üçün klubun əlaqələndiricisi Tural Rzayevlə əlaqə saxladıq. Adı çəkilən şəxs futbolçu olub. “Qarabağ”ın yetirməsi olan Tural bəy 2015-ci ildə “Sumqayıt”ın şərəfini qoruyub. Daha sonra isə Türkiyə superliqasında çıxış edən “Mersin İdman Yurdu”na transfer olunsa da, zədə alıb. Bundan sonra karyerasını bitirmək məcburiyyətində qalıb. Onunla söhbətimizin məqsədi isə özü olmadı. “Şəfa”nın gələcəyi və planları barədə danışdıq

- Necə oldu ki, "Şəfa" bərpa olundu?

- Klubun prezidenti Cavid Nəzərovla idman direktoru Hüseyn Mehdiyev bir-iki il idi ki, futbolla, daim yeni layihələrlə maraqlanırdılar. Axtara-axtara məni tapdılar. Bir neçə dəfə fikir mübadiləmiz oldu. Onlara sevə-sevə kömək edə biləcəyimi söylədim. Görəcəyimiz işlər, yeni fikirlərin həyata keçirilməsiylə bağlı plan hazırladım. Bir müddət sonra mənimlə yenidən əlaqə yaratdılar. Dedilər ki, sənin fikirlərinə uyğun komanda var. Həmin vaxt öyrəndim ki, “Şəfa”nı yenidən bərpa etmək istəyirlər. Bu işdə onlara kömək olmağımı istədilər. Mən də qəbul etdim.

- Klubun loqosunun üzərində yaranma tarixi 1998 yazılıb. Buna əsasən demək olar ki, paytaxt təmsilçisi köhnə "Şəfa"nın davamçısıdı? Buna görə klubun sabiq rəhbərləri ilə görüşmüsüz?

- Klub rəhbərliyi özünü “Şəfa”nın davamçısı kimi təqdim edir. Burda niyyətimiz köhnə klubun tam bərpa edilməsidi. “Şəfa” MMC artıq yeni rəhbərlərdi. Sadəcə, bərpa işləri bir az vaxt alır. Çünki klub 2005-ci ildə fəaliyyətini dayandırıb. Ədliyyə Nazirliyində adı çıxmır. “Şəfa” ilə bağlı ortada hansısa sənəd yoxdu. Klubun sabiq rəhbəri Fuad Musayevin ailəsi ilə danışıq olub. Onlar bizə uğurlar arzuladılar. “Şəfa”nın baş məşqçilərindən Əsgər Abdullayevlə də görüşdük. O da köhnə sənədlərin tapılmasında bizə kömək edəcəyini, bu problemlərin həlliı istiqamətində nələrsə edə biləcəyini söyləyib. İnşallah, bazar ertəsi AFFA-nın İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti Vaqif Sadıqovla görüşümüz olacaq. Artıq Əsgər müəllim ona bizim haqda məlumat verib. Vaqif müəllimlə görüşdə bizə sənədləşmə ilə bağlı kömək etmələrini istəyəcəyik. Onlar ilkin olaraq bizə hər cür dəstək verəcəklərini söyləyiblər. Bu məsələlər həllini tapandan sonra, demək olar ki, çox problemimiz aradan qalxacaq. Artıq hüquqşünaslarımız işlə məşğul olur. Ümid edirik ki, “Şəfa”nın bərpası yönündə ortada hansısa maneə qalmayacaq.

- Klubun strukturu necə formalaşıb? İdarə Heyətində kimlər yer alıb?

- Mən klubun əlaqələndiricisi olacam. Bütün yaş qrupları üzrə komandaların baş məşqçisi və ya akademiyanın direktoru vəzifəsini Elvin Əsgərov yerinə yetirəcək. Artıq onunla da müqavilə bağlanıb. Prezident Cavid Nəzərov, icraçı direktor Hüseyn Mehdiyevdi. Hələ ki rəhbərlikdə bu şəxslərdi.

- Səhv etmirəmsə, hələ ki aşağı yaş qrupu üzrə yarışlarda çıxış edirsiz. Gələcəklə bağlı hansı planlarınız var?

- İndi akademiyanı qururuq. Əsas hədəfimiz budu. Digər ödənişli futbol klublarından fərqli U-15, U-17 komandaları da formalaşdırılacaq. “Şəfa” bərpa olunsa, ola bilər ki, birinci divizionda çıxış edək. Bu istəyimizi AFFA ilə danışıqlar zamanı bildirmişik. Alınmasa da, növbəti mövsümdən Region Liqasında çıxış edəcəyik. Bunun üçün komandanın formalaşdırılması yönündə işlər aparılır. Növbəti hədəf birinci divisionda, daha sonra isə premyer-liqada iştirak etməkdi. Əsas məqsədimiz “Şəfa”nın böyük futbola qayıtmasıdı. Bununla bağlı bir neçə ili əhatə edən planlar təqdim olunub rəhbərliyə. Qalır bunun həyata keçirilməsi üçün sponsorların tapılması və kimlərinsə işimizə dəstək olması. İndiki halda əsas hədəfimiz akademiyanın qurulması və peşəkar komandanın yaradılmasıdı.

- "Agah group" sponsorunuzdu. Bu şirkəti uşaq komandasına necə cəlb edə bilmisiz?

- Klubun rəhbərləri həmçinin “Agah group”un sahibləridi. İlkin mərhələdə bütün xərcləri bu şirkət öz üzərinə götürüb. Ölkə futbolunun inkişafını istəyirik. Bunun üçün yeni sponsorlarla anlaşmışıq. İnşallah, yaxın zamanlarda onların adlarını da diqqətinizə çatdıracağıq.

- Abşeron Olimpiya İdman Kompleksində, Masazırda və Suraxanıda məşqlər keçirsiz. Nə vaxtsa hansısa stadionu özünüzə məskən seçəcəksiz?

- Təbii ki, əsas məkanımız “Şəfa” stadionu, indiki “ASK Arena”dı. Bu məsələ ilə bağlı danışıqlara başlamışıq. Gec və ya tez “Şəfa”nı öz dogma məkanına qaytarmağı düşünürük. “ASK Arena”nı baza kimi düşünürük. Amma alternativ variantlarımız da var. Əsas hədəfimiz isə köhnə “Şəfa” stadionudu. Bu komandanı öz yurduna qaytarmalıyıq. “Şəfa” brend olub. Yenə deyirəm, bu məsələ ilə bağlı ilk addımları atmışıq.

- Vaxtilə "Şəfa"nın loqosunda ağ və yaşıl rənglər var idi. İndi isə ağ, göy və mavidi. Bunlar nəyi ifadə edir?

- Əsas rənglərimiz mavi və ağdı. Göy rəng isə rəhbərliyin istəyi ilə əlavə olundu. Hamıya bəllidi ki, göy rəng türkçülüyü tərənnüm edir.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Layihə

22-05-2022, 23:0

Lətif Novruzov: “UEFA Fuad Musayevə təklif etdi ki, sizə ya ofis binası tikək, ya da stadion...” - LAYİHƏ

Yığma / Manşet

29-09-2022, 21:0

AFFA-nın stadion seçimi turnirin statusu və rəqiblərin reytinqinə bağlıdı

Ölkə futbolu / Manşet

13-03-2022, 11:0

Şamaxı, ay Şamaxı! - YAZI

Premyer-liqa

29-07-2022, 11:0

Ramin Musayev istefa verdi

Aktual
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Son xəbərlər
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 127
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 122
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə