• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şamaxı, ay Şamaxı! - YAZI

Ölkə futbolu / Manşet

13-03-2022, 11:0

Mehr salmışam, axı,
Heyran olmuşam, axı,
Qüdrət almışam, axı!
Şamaxı, ay Şamaxı!


Mənə elə gəlir ki, Ramiz Mustafayevin Fikrət Sadıqın sözlərinə bəstələdiyi bu mahnını “Keşlə”nin azərbaycanlı futbolçuları dəfələrlə dinləyib. Daha yolboyu zümzümə etmək imkanları da olacaq. Bakı ilə Şamaxı arasındakı 120 kilometrlik məsafədə baş qatmaq üçün hansısa məşğuliyyət tapmalıdılar, ya yox?!

Bəli, 1997-ci ildə Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının xeyir-duası ilə yaradılan klub “yolüstü” “İnter”, “Keşlə” adlarını daşıyandan sonra indi də “Şamaxı”ya çevrilib, paytaxtı tərk edir. Əlbəttə, bu ayrılıq cismani xarakter daşıyır, “Xəzər Universiteti”nin ruhu lap köhnə adı “Termist”, sonrakı adı “Şəfa” olan, UEFA-nın ayırdığı 4,5 milyon dolların sayəsində və mərhum Fuad Musayevin fədakarlığı hesabına tikilən arenanın üzərində daim dolaşacaq. Hələ mən onu demirəm ki, klubu 2004-də Hamlet bəydən alan, indi məhbus həyatı yaşayan Cahangir Hacıyev “İnter”in loqosuna saxta 2004-ü yazmaqla varislilk ənənələrinin ötürülməsi ilə bağlı bütün etik qaydaları pozmuşdu. Kim bilir, bəlkə Cahangir bəyin günahlarını yazan mələk sorğu-sual anında bu epizodu – haqsızlığı da ona xatırladacaq…

O dünya elə yerində qalsın, bu dünyaya – Rusiyanın Ukraynaya təcavüzü üzündən cəhənnəmə çevrilən dünyamıza qayıdaq. Əlbəttə, istənilən klub yerini və adını dəyişməkdə azaddı. UEFA-nın ən vacib tələblərini yerinə yetirəndən sonra hər kəsin önündə yaşıl işıq yanır. Burda prinsipial məqam Şamaxının bura köçən eyniadlı komanda sayəsində futbol ənənələrinin formalaşması perspektivi, bir də keçmiş “Şəfa”nın sonrakı taleyidi. Bolşeviklərin məşhur “inqilabları ixrac etmək” prinsipi var idi, ümid edirəm ki, futbolun Şamaxıya ixracını yerli camaat sevinclə qarşılayacaq, komandaya hər cür dəstək verəcək. Onsuz da “Keşlə” Zaur Axundovun əlinə keçəndən sonra təcrübə dovşanına bənzəyirdi; kollektivə adı çəkilən şəxsin, yoxsa baş məşqçinin rəhbərlik etdiyi mövzusunda zaman-zaman şübhələr dolaşıb, klub bəzi hallarda “oğru dünyası” prinsipləri ilə idarə olunub, heyət, adətən, əlacsızlıqdan bu komandanı seçən futbolçularla doldurulub. Bəlkə Şamaxıya köçəndən sonra vəziyyət dəyişəcək, bəlkə heyətdəki olan-qalan legionerlər də yol yorğunu olmamaq üçün Şamaxını görən kimi başını götürüb qaçacaq – indi bu variantların hansının gerçəkləşəcəyini demək çətindi. Amma ən azı bir həqiqət ortadadı ki, müstəqillik dönəmində fərqli eksperimentlərə məruz qalan “Şamaxı” bu “ənənə”yə sadiqdi, birinciliyi heç kimə verməyib!

Köhnə “Şəfa”nın, indiki “ASK Arena”nın gələcəyinin necə olacağı da maraqlıdı. Açığını deyəcəm:

“Bakı”nın köhnə bazası-stadionu kimi, burda da hündürmərtəbəli binalar ucadılsa, stadionun yeri kimlərinsə biznes ehtiraslarına qurban getsə, şəxsən mən əməllicə məyus olacam. Söhbət heç də Serbiya üzərindəki qələbənin, bir çox başqa oyunun qəlbimdə buraxdığı ilıq, xoş duyğuların ünvanının tarixə gömülməsinin yaratdığı mənəvi acıdan getmir. Mənim üçün bundan da maraqlı olan məqam şəhərin mərkəzinə yaxın yerdə tikilən daha bir stadionun təyinatının dəyişmək perspektividi. Babalı deyənlərin boynuna, belə iddialar var ki, “ASK Arena” artıq stadion kimi fəaliyyət göstərməyəcək, təyinatı və funksiyaları dəyişəcək. Şəhərin ən gözəl nöqtələrindən birində yerləşən “Spartak” stadionunun acı taleyini görənlərdən biri kimi bəlkə də “ASK Arena”nın tarixdən silinməsinə də təəccüblənməməliyik. Amma və yenə də amma… Paytaxtdakı bu qədər komanda fonunda ən gözəl idman qurğularından birini buldozerin qabağına vermək bağışlanmaz səhv olardı. Bax, onda Cahangir bəy məhbəs kamerasındakı yatağından hövlank qalxmasa belə, rəhmətlik Fuad Musayevin ruhu yüzdəyüz sızıldayacaq. Allah ölülərə rəhmət eləsin, dirilərə isə ağıl versin…

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

16-04-2022, 18:0

"Şamaxı"dan antirekord

Aktual / Manşet

29-03-2022, 18:0

“Şamaxı” “Keşlə”nin varisi deyil? – AÇIQLAMA

Aktual / Premyer-liqa

6-04-2022, 11:0

"Keşlə" rəsmən "Şamaxı" oldu - RƏSMİ

Aktual / Manşet

29-03-2022, 21:0

UEFA "Şamaxı"nı "Keşlə"nin varisi kimi tanıdı - AFFA AÇIQLADI

Aktual
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
Son xəbərlər
  • Bu gün, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Bu gün, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Bu gün, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 153
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə