Türkiyə Superliqasında daha bir klub çıxışını dayandırıb.
Football-plus.az xəbər verir ki, Hatayda baş verən zəlzələdən sonra şəhərin komandası "Hatayspor" turnirdən ayrılıb. Bunu Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlayıb. O, həmçinin "Qaziantep"in də çempionatı tərk etmək ehtimalının olduğunu söyləyib.