“Ayrılarmı könül candan, Türkiyə-Azərbaycan?! Başımız sağ olsun!” - FOTO

11.02.2023 14:08 282
Premyer-liqa
Premyer-liqanın 22-ci turunda keçirilən “Turan Tovuz” - “Kəpəz” matçı Türkiyədə baş vermiş ağır zəlzələdən həyatını itirənlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.

Football-plus.az xəbər verir ki, hər iki komanda meydana üzərində qardaş ölkəyə dəstək şüarı yazılmış bannerlə çıxıb.

“Ayrılarmı könül candan, Türkiyə-Azərbaycan?! Başımız sağ olsun!”, - bannerdəki yazıda qeyd edilib.

Eyni zamanda, Tovuz şəhər stadionunun tribunaları da Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib.

Hazırda görüşdə ilk hissə oynanılır və hesab açılmayıb.

“Ayrılarmı könül candan, Türkiyə-Azərbaycan?! Başımız sağ olsun!”