Türkiyə futbolunda bu gecə Bakı vaxtı ilə saat 23:59-da başa çatmalı olan qış transfer pəncərəsinin müddəti uzadılıb.
Football-plus.az Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, FIFA ölkədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı TFF-nin müraciətini müsbət cavablandırıb.
Ali futbol qurumu yanvarın 12-də açılan qış transfer pəncərəsinin müddətinin daha 10 gün uzadılmasına şifahi razılıq verib.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 8 574 adam həlak olub, 49 133 nəfər yaralanıb.