Matçdan dərhal sonra xəstəxanaya aparıldı

1.12.2022 12:27 294
Dünya futbolu
Dünya çempionatının İran – ABŞ oyununda vurduğu qolla komandasına vacib qələbə qazandıran Kristian Pulişiçin səhhətində problem var.

Football-plus.az xəbər verir ki, ikinci hissədə oyuna avam edə bilməyən amerikalı futbolçu matçdan dərhal sonra xəstəxanaya aparılıb. 38-ci dəqiqədə hesabı açan yarımmüdafiəçi rəqib qapıçı Əlireza Beyranvand ilə toqquşmadan sonra xəsarət alsa da, hissəni başa vura bilib.

Yayılan məlumata görə, qarın nahiyyəsindən zərbə alan Pulişiç müayinə üçün xəstəxanaya aparılıb.