Türkiyə Super Liqasının 3 oyunu təxirə salındı

6.02.2023 15:51 349
Dünya futbolu
Türkiyədə ötən gecə baş vermiş zəlzələ ilə əlaqədar Superliqada bu gün keçirilməli olan 3 oyun təxirə salınıb.

Football-plus.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) xəbər yayıb.

Bildirilib ki, ölkədəki vəziyyətlə bağlı "Ümraniyespor" - "Adana Demirspor", "Fənərbağça" - "Konyaspor" və "Giresunspor" - "Kayserispor" matçları başqa vaxt oynanılacaq.

Bundan başqa, I və II Liqanın bəzi qarşılaşmalarının da vaxtı dəyişdirilib.