Bakıya 40-a dək "Gent" azarkeşi gələcək

8.02.2023 10:52 277
Maraqlı
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq "Gent"i dəstəkləmək üçün Belçikadan Bakıya 40-dək azarkeş gələcək.

Football-plus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.

Səfərin qiyməti barədə informasiya verilməsə də, bunun elə də ucuz başa gəlmədiyi bildirilib.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Gent" oyunu saat 21:45-də başlayacaq.