Amrabatın "Çelsi" transferi buna görə baş tutmayıb

7.02.2023 22:15 226
Dünya futbolu
“Fiorentina”nın yarımmüdafiəçisi Sofyan Amrabat transfer pəncərəsində İngiltərə klubuna keçməyə yaxın olub.

Football-plus.az xəbər verir ki, onun “Çelsi”yə transferi son anda baş tutmayıb. Londonlular futbolçu ilə maraqlanıb. Klublar arasında danışıqlar prosesi baş tutub. Lakin "zadəganlar" "Benfika"dan Enzo Fernandeşi heyətinə qatdığı üçün bu plan təxirə salınıb.