"Çelsi" heyətini gücləndirmək niyyətindədi.
Football-plus.az xəbər verir ki, londonlular "Benfika"nın yarımmüdafiəçisi Enzo Fernandeşi almaqda israrlıdı. "Zadəganlar" 22 yaşlı argentinalı üçün yeni transfer təklifi hazırlayır və onu qış transfer pəncərəsi bağlanana qədər heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Portuqaliya klubu 120 milyon avro qarşılığında futbolçu ilə yollarını ayırmağa hazırdı.