Enzo üçün 120 milyon avro

28.12.2022 14:38 311
Dünya futbolu
"Mançester Yunayted" Enzo Fernandesi transfer etmək istəyir.

Football-plus.az xəbər verir ki, "qırmızı şeytanlar" yarımmüdafiəçi üçün "Benfika"ya 120 milyon avro ödəmək niyyətindədi.

Premyer-liqa klubu yanvarda DÇ-2022-nin ən yaxşı gənc futbolçusunu transfer edəcək.

Qeyd edək ki, Enzo Fernandes mundialda 7 görüşdə 1 qol vurub, 1 məhsuldar ötürmə edib.