• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Barış Şimşək türkiyəli həmkarları ilə məsləhətləşib

Premyer-liqa

4-02-2023, 22:0

“Ofsayd qərarı düz olduğundan VAR bu məsələyə qarışmamalıydı”

Premyer-liqanın 20-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Zirə” matçında qonaqların yeni transferi Vild-Donald Geryenin meydandan qovulması çox müzakirə olunur. Xatırladaq ki, haitili legioner 73-cü dəqiqədə Mateus Saldanya ilə hava mübarizəsində onun sifətinə əllə zərbə vurduğuna görə qarşısında ikinci sarı vərəqəni görərək meydanı tərk etdi. Ancaq burda bir məsələ var ki, həmin an “Neftçi”nin forvardı oyundankənar vəziyyətdə idi. Məhz bu səbəbdən də hakim ofsayd qərarı vermişdi. Lakin VAR-dan gələn siqnaldan sonra baş hakim Rəşad Əhmədov epizoda yenidən baxdı və haitilinin qayda pozuntusuna yol verdiyini bildirməklə ona ikinci “sarı”nı göstərdi.

Hakimin bu qərarına bəziləri kimi, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun reaksiyası da birmənalı olmadı. Mütəxəssis oyundan sonra “CBC Sport”a açıqlamasında hakimin yanlış qərar verdiyini söylədi. Maraqlıdı, mübahisə doğuran epizodda hakim, yoxsa baş məşqçi haqlıdı? Hakimlər Komitəsində çalışan, ancaq mətbuata şərh vermək icazəsi olmadığından adının çəkilməsini istəməyən mütəxəssis baş hakimin düzgün qərar verdiyini söylədi: “Rəşad Əhmədov həmin an düzgün qərar verdi. Çünki Geryenin hərəkəti sarı vərəqəlik idi. O mübarizə zamanı rəqibi dirsəklə vursaydı, qarşısında birbaşa “qırmızı” görməliydi. Açıq əllə sifətə zərbə olarsa, bu sarı vərəqədi. Həmin vəziyyət düşünülməmiş qayda pozuntusu kimi tövsiyə olunur”.

“Həmin an ofsayd var idi. Belə olan halda “Zirə”nin müdafiəçisinə qayda pozuntusuna görə sarı vərəqə göstərilə bilərmi” sualına isə mütəxəssisin cavabı belə oldu:

“Bəli. Sizə bir nümunə göstərim. Tutaq ki, futbolçu qol vurur və sevincini formasını çıxarmaqla qeyd edir. Ancaq oyundankənar vəziyyət olduğuna görə qol qeydə alınmır. Qol sayılmasa da, futbolçunun formasını çıxarması artıq “sarı”dı. Geryedə də eyni hal yaşandı”.

Hakimlər Komitəsində çalışan mütəxəssisdən fərqli məsələyə münasibət bildirən AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək “CBC Sport”a açıqlamasında hakimin yanlış qərar verdiyini deyib:

“Burda üç seçim var. Bəzi şeyləri açıb söyləməkdə fayda var. Bəribaşdan deyim ki, hakimlərimiz, ən xətalı, daha doğrusu, ən az doğru olan seçimi etdilər. VAR olan matçların normal qarşılaşmalardan fərqi var. Oyunda VAR olmasaydı, bu doğru qərar kimi qəbul olunardı. Penalti və sarı vərəqə ola bilərdi. Cari mövsümün başlanğıcında ofsayd qaydası dəyişdi. Bilərəkdən geri oynamalar fərqli yöndən tövsiyə olunur. “Neftçi”nin oyunçusu vurulduğu anda oyundankənar vəziyyət var. Amma həmin an ofsayd qərarı verilməmişdi. Bir sual verim. “Zirə”nin oyunçusu öz qapısına qol vursaydı, hamımız qol olacağını bilirik. Düzdü? Bu məntiqlə, əslində burda veriləcək ən doğqu qərar ofsayd gerçəkləşmədən əl üzə dəydiyindən penalti və sarı vərəqə ola bilərdi. Ancaq köməkçi hakim bayrağını qaldırdı. VAR olan oyunlarda meydanda bariz xəta olub-olmadığına baxılır. Ofsayd qərarı düz verilib. Ondan sonra VAR müdaxilə etməməli, hakimi izləməyə çağırmamalı idi. Ofsaydı qeydə alıb oyunu başlatmalıydılar. Ofsayd məsələsi artıq bir uzman işinə dönüb. UEFA-nın qayda dəyişikliyi ofsaydla bağlı məsələni bir qədər qəlizləşdirib. Bildiyiniz kimi, Azərbaycanda VAR sistemiylə bağlı türkiyəli mütəxəssislərlə əməkdaşlıq edirik. Onlarla da danışdıq. Mənimlə eyni fikirdə olduqlarını söylədilər. VAR-ın olmadığı matçda ofsayd qeydə alınmadan əl üzə dəydiyindən penalti verilə bilərdi. Ofsayd qərarı düz olduğundan VAR bu məsələyə qarışmamalı idi. Hakim ofsayd qeydə almadan penalti verib futbolçuya ikinci sarı vərəqə göstərsəydi belə, VAR buna qarışmayacaqdı. Ən doğru qərar da bu idi. VAR epizodu yanlış yorumladı deyə düşünə bilərik”.

Açığı, Hakimlər Komitəsinin sədrinin bu açıqlaması hələ də mənə çatmır. Türkiyəli mütəxəssisin fikirləri gah nala, gah da mıxa vurmağ bənzəyir. Kimsə mənə “ən az doğru olan seçimi etdilər” cümləsini izah edə bilər? Barış bəyin sözlərindən belə başa düşdüm ki, doğru qərarların özü də bir neçə qrupa bölünür: 1. Doğru qərar, 2. Bir az doğruya oxşayan qərar, 3. Az doğru olan qərar. Lap “Kim milyonçu olmaq istəyir” oyununa oxşadı.

Nə bilim, vallah. Deyəsən, bu gedişlə qarşıdakı aylarda ölkə futbolunda hələ çox əndrəbadi sözlər eşidəcəyik. Onsuz da son vaxtlar premyer-liqada çalışan əksər məşqçilər hakimlərdən narazılıq edir. Kimi bunu açıq şəkildə bildirir, kimi də diplomatiyasını işə salaraq ehtiyatlı danışır.

Mənim üçün ikinci maraqlı məqam Barış bəyin “Zirə”nin narazılığından sonra canlı efirə bağlanıb epizodu dəyərləndirməsidi. Çox maraqlıdı, komitə sədri niyə ölkə kubokunun 1/4 final mərhələsində Tovuzda keçirilən “Turan Tovuz” – “Kəpəz” qarşılaşmasından sonra eyni addımı atmadı? Niyə premyer-liqanın 19-cu turu çərçivəsində baş tutan “Kəpəz” – “Qəbələ” görüşündən sonra Elmar Baxşıyevin komandasının qapısına təyin olunan birinci penalti epizodu ilə bağlı etirazı, türklər demişkən, canlı efirdə yorumlanmadı? Ya bütün komandalara eyni münasibəti göstər, hər turdan sonra canlı efirdə hakim xətalarını dəyərləndir, ya da ağzına su al otur! Klublar arasında ayrı-seçkilik etmək nəyə lazımdı? Fikrimcə, Şimşək gec gəlib tez öyrənənlərdəndi. O da bilir ki, Rəşad Sadıqov ölkə futbolunda böyük gücə, nüfuza sahibdi. “Zirə”nin rəhbərliyində ciddi adamlar təmsil olunub. Və bu səbəbdən “qartallar”ın “Neftçi”yə məğlubiyyətində, üstüörtülü olsa da, hakim səhvi olduğunu demək istəyir.

Barış bəyin açıqlamasında diqqətimi çəkən daha bir açıqlama belədi:

“Bildiyiniz kimi, Azərbaycanda VAR sistemiylə bağlı türkiyəli mütəxəssislərlə əməkdaşlıq edirik. Onlarla da danışdıq. Mənimlə eyni fikirdə olduqlarını söylədilər”.

Bu yerdə ölkə futbolunu, Azərbaycan hakimlik məktəbini bu günə qoyanların ünvanına qeyri-etik ifadələr səsləndirməkdən özümü güclə saxladım. Tofiq Bəhramov, Eldar Əzimzadə, Rüstəm Rəhimov və adını çəkmədiyim neçə-neçə FİFA dərəcəli, dünya səviyyəsində hakim yetişdirən ölkədə adi epizoda görə Hakimlər Komitəsinin sədri Türkiyədəki həmkarları ilə danışdığını, onlarla məsləhətləşdiyini söyləyir. Bu nə biabırçılıq, nə rəzalətdi? Guya Türkiyədə hakimlik bizdən yaxşıdı? Niyə Şimşək İngiltərə, Almaniya, İspaniya və ya hakimlik məktəbi güclü olan başqa Avropa ölkələrindəki həmkarları ilə yox, Türkiyədəki mütəxəssislərlə məsləhətləşir? Türk hakimlər bu qədər dərin savada malikdilərsə, niyə son dünya çempionatında qardaş ölkədən bir referini Qətərdə görə bilmədik?

RƏŞAD / Football-plus.az

Paylaş:
Digər xəbərlər

Aktual

2-02-2023, 13:0

Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA

Ölkə futbolu

3-02-2023, 16:0

"Hakimlərin “Neftçi” – “Zirə” oyunundakı qərarı ən doğru seçim olmadı" - VİDEO

Aktual
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Son xəbərlər
  • Bu gün, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Bu gün, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Bu gün, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Bu gün, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Bu gün, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Bu gün, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Bu gün, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Bu gün, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Bu gün, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Bu gün, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Bu gün, 15:05
    AFFA-da seminar keçirildi
  • Bu gün, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Bu gün, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Bu gün, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Bu gün, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Bu gün, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Bu gün, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Bu gün, 10:00
    Vlahoviç hara gedir?
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
Daha çox
Oxunub: 275
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 222
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 176
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə