Daniel Alveş yenidən “Barselona”nın sıralarına qayıdıb.
"Football-plus.az" xəbər verir ki, “UNAM Pumas”ın (Meksika) braziliyalı futbolçusu İspaniya klubunun gənclərdən ibarət komandası olan “Barselona Atletik”də məşq edir. Meksika çempionatında mövsüm oktyabrın 1-də başa matıb. 39 yaşlı Alveş noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatı ərəfəsində özünü formada saxlamaq üçün sabiq klubuna qayıdıb.
Alveş dünyada ən titullu futbolçudu. Avropada “Sevilya”, PSJ və “Yuventus”un da formasını geyən müdafiəçinin kuboklar kolleksiyasında 30-dan çox mükafat var.